Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-103)-537/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə xx.xx.2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək, borclu müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün iddiadan imtina edildiyini bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin dövlət rüsumu ilə birlikdə geri qaytarılması xahiş etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddiasından imtina etdiyindən məhkəmə iş üzrə icraata xitam verməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbi üzrə icraata xitam verilsin. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-yə (Hökümət ödəniş portalı xx.xx.2026-cı il tarixli, qəbz **********) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(5-103)-537/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-103)-537/2026
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver