Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-103)-570/2026 17.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2024-cü il tarixli, 85375 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 382 manat, xx.xx.2024-cü il tarixli, 85449 nömrəli nisyə alğısatqı müqaviləsi üzrə 678 manat, xx.xx.2024-cü il tarixli, 87257 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 224 manat, xx.xx.2024-cü il tarixli, 87459 nörməli nisyə alğı-satqı müqaviləsi üzrə 500 manat, xx.xx.2024-cü il tarixli, 87643 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 360 manat, xx.xx.2025-ci il tarixli, 93340 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 2250 manat olmaqla, cəmi 4394 manat məbləğində pul vəsaitinin və 70.09 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 85375 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdehə 975 manat dəyərində “Kond. AUX ASW – H12A4” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun alınması üçün məbləği 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 85375 nömrəli nisyə alğı-satqı müqaviləsinin şərtlərinə görə borcalan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, 85375 saylı nisyə alğı-satqı müqaviləsi üzrə borcunun məbləği 382 manat təşkil edir. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 85449 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdehə 2375 manat dəyərində “Kond.Sam.AR24BXHQASİNUA İMVERTOR” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun alınması üçün 338 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 18 müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 85449 nömrəli nisyə alğı-satqı müqaviləsinin şərtlərinə görə borcalan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, 85449 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə borcunun məbləği 678 manat təşkil edir. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 87257 nömrəli nisyə alğısatqı müqaviləsinə əsasən, cavabdehə 1348 manat dəyərində “TV.Sam.UE43CU8000” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun alınması üçün məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 87257 nömrəli nisyə alğı-satqı müqaviləsinin şərtlərinə görə borcalan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, 87257 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə borcunun məbləği 224 manat təşkil edir. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 87459 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdehə 1240 manat dəyərində “2 mərtəbəli kravat, taxt bazalı” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun alınması üçün 1240 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 87459 nömrəli nisyə alğı-satqı müqaviləsinin şərtlərinə görə borcalan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, 87459 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə borcunun məbləği 500 manat təşkil edir. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 87643 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdehə 1348 manat dəyərində “Qarant TD saf 07” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun alınması üçün məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 87643 nömrəli nisyə alğı-satqı müqaviləsinin şərtlərinə görə borcalan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, 87643 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə borcunun məbləği 360 manat təşkil edir. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 93340 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdehə 1348 manat dəyərində “Adapter İphone başlığı, İphone 16 X1 Titanuim 256” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun alınması üçün 1000 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, 93340 nömrəli nisyə alğı-satqı müqaviləsinin şərtlərinə görə borcalan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixli, 93340 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə borcunun məbləği 2250 manat təşkil edir. Qeyd olunanlara əsasən, nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2024-cü il tarixli, 85375 nömrəli nisyə alğısatqı müqaviləsi üzrə 382 manat, xx.xx.2024-cü il tarixli, 85449 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 678 manat, xx.xx.2024-cü il tarixli, 87257 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 224 manat, xx.xx.2024-cü il tarixli, 87459 nörməli nisyə alğı-satqı müqaviləsi üzrə 500 manat, xx.xx.2024-cü il tarixli, 87643 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 360 manat, xx.xx.2025-ci il tarixli, 93340 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 2250 manat olmaqla, cəmi 4394 manat olmaqla, cəmi 1062 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli, 85375 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” müvafiq sənədləri və tələb olunan tərəflərin razılığı ilə ilkin ödənişi aldıqdan sonra “Alıcı”ya müqavilədə nəzərdə tutulan malı və ona aid bütün aksessuarları və sənədləri verməyi, “Alıcı” isə alğı-satqı üçün lazım olan sənədləri “Satıcı”ya təqdim etməyi və ilkin ödəniş edilmədən 975 manat məbləğində malın dəyərini 18 ay müddətində ödəməyi öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, 85375 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 54 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli, 85449 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” müvafiq sənədləri və tələb olunan tərəflərin razılığı ilə ilkin ödənişi aldıqdan sonra “Alıcı”ya müqavilədə nəzərdə tutulan malı və ona aid bütün aksessuarları və sənədləri verməyi, “Alıcı” isə alğı-satqı üçün lazım olan sənədləri “Satıcı”ya təqdim etməyi və 338 manat ilkin ödəniş edilməklə 2037 manat məbləğində malın dəyərini 18 ay müddətində ödəməyi öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, 85449 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 113 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli, 87257 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” müvafiq sənədləri və tələb olunan tərəflərin razılığı ilə ilkin ödənişi aldıqdan sonra “Alıcı”ya müqavilədə nəzərdə tutulan malı və ona aid bütün aksessuarları və sənədləri verməyi, “Alıcı” isə alğı-satqı üçün lazım olan sənədləri “Satıcı”ya təqdim etməyi və ilkin ödəniş edilmədən 1348 manat məbləğində malın dəyərini 12 ay müddətində ödəməyi öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, 87459 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 112 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli, 87459 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” müvafiq sənədləri və tələb olunan tərəflərin razılığı ilə ilkin ödənişi aldıqdan sonra “Alıcı”ya müqavilədə nəzərdə tutulan malı və ona aid bütün aksessuarları və sənədləri verməyi, “Alıcı” isə alğı-satqı üçün lazım olan sənədləri “Satıcı”ya təqdim etməyi və 40 manat ilkin ödəniş edilməklə 1200 manat məbləğində malın dəyərini 12 ay müddətində ödəməyi öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, 87459 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 100 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2024-cü il tarixli, 87643 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” müvafiq sənədləri və tələb olunan tərəflərin razılığı ilə ilkin ödənişi aldıqdan sonra “Alıcı”ya müqavilədə nəzərdə tutulan malı və ona aid bütün aksessuarları və sənədləri verməyi, “Alıcı” isə alğı-satqı üçün lazım olan sənədləri “Satıcı”ya təqdim etməyi və ilkin ödəniş edilmədən 535 manat məbləğində malın dəyərini 12 ay müddətində ödəməyi öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, 87643 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 45 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanan xx.xx.2025-ci il tarixli, 93340 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” müvafiq sənədləri və tələb olunan tərəflərin razılığı ilə ilkin ödənişi aldıqdan sonra “Alıcı”ya müqavilədə nəzərdə tutulan malı və ona aid bütün aksessuarları və sənədləri verməyi, “Alıcı” isə alğı-satqı üçün lazım olan sənədləri “Satıcı”ya təqdim etməyi və 1000 manat ilkin ödəniş edilməklə 2695 manat məbləğində malın dəyərini 12 ay müddətində ödəməyi öz öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli, 93340 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2025 – xx.xx.2026-cı il tarixləri arasında hər ay 225 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 85375 nömrəli, xx.xx.2024-cü il tarixli, 85449 nömrəli, xx.xx.2024cü il tarixli, 87257 nömrəli, xx.xx.2024-cü il tarixli, 87459 nörməli, xx.xx.2024-cü il tarixli, 87643 nömrəli, xx.xx.2025-ci il tarixli, 93340 nömrəli müqavilələr üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin borcun 3 (üç) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 85375 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 382 manat əsas (qalıq) borcu vardır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 85449 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 678 manat əsas (qalıq) borcu vardır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 87257 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 224 manat əsas (qalıq) borcu vardır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 87459 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 500 manat əsas (qalıq) borcu vardır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 87643 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 360 manat əsas (qalıq) borcu vardır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, 93340 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 2250 manat əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğısatqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən altı alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 4394 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 69.40 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4394 manat məbləğində pul və ödənilmiş 69.40 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 85375 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 382 manat, xx.xx.2024-cü il tarixli, 85449 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 678 manat, xx.xx.2024-cü il tarixli, 87257 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 224 manat, xx.xx.2024-cü il tarixli, 87459 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 500 manat, xx.xx.2024-cü il tarixli, 87643 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 360 manat və xx.xx.2025-ci il tarixli, 93340 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 2250 manat olmaqla, cəmi 4394 (dörd min üç yüz doxsan dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş 69.40 (altmış doqquz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(5-103)-570/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-570/2026
17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver