Məhkəmə qərarları › İş №e-2(5-104)-148/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-148/2026

17.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-148/2026 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, X1 aliment məbləği Cavabdeh həmin şəxsin maaşının dörddə üç hissəsi tutulub onun bank hesabına AZ15İBAZ******************** ABB Yasamal filialı bank rekvizitinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdə Cavabdeh oğlu ilə Bakı şəhərində ailə həyatı qurmuş və birgə nikahdan 16 iyul 2012-ci il təvəllüdlü X8 oğlu dünyaya gəlmişdir. Onların cavabdehlə olan nikahına 2014-cü il iyunun 6-da Binəqədi Rayon Məhkəməsinin 2(001)-4689/2024 saylı qətnaməsi ilə aralarındakı nikah münasibətlərinə xitam verilmiş və azyaşlı oğlu X8 oğlu onun yanında qalmışdır. Onun saxlanması üçün Yasamal Rayon Məhkəməsinin 9 iyul 2024 cü il 2879/2024 nömrəli qətnaməsi ilə 235 manat alimentin cavabdehdən alınaraq ona verilməsi və birdəfəlik ödəmə ilə yalnız bir dəfə 500 manat əlavə xərc ödənişi qət edilmişdir. Hazırda qeyd edilən aliment miqdarı uşağın saxlanması xərclərinə yetmir. Belə ki, hazırda uşağı məktəbə gedir. Onun təhsil xərcləri artıb. Bundan başqa hazırki iqtisadi vəziyyət uşağın saxlanması xərclərini artırıb. Bu baxımdan o, Abbasov Muradın saxlanması üçün xərclərini əvvəlki kimi təkbaşıma qarşılaya bilmir. Odur ki, Valideynin əlavə xərclərə cəlb edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu 25 noyabr 2025-ci il və 2026-cı il 1 yanvar qüvvəyə minmiş qanuna əsasən 260 manat hesablanır. Amma sırf tələbin Cavabdeh onların birgə oğlu X4 üçün indiki dövrdə uşaqlar üçün nəzərdə tutulan geyimlər, ərzaqlar, oyuncaqlar, kitablar, idman malları, tədrisi üçün istifadə etdiyi kitablar, kompyuter və planşetlər, dərman Fəridin maaşının dörddə üç hissəsinin tutulmasıdır. Belə ki, Muradın gələcək inkişafı üçün onun qəbul etdiyi preparatları və digər lazımi məhsulların qiyməti də kifayət qədər yüksəkdir. Hər şeydən əvvəl uşağın sağlamlığı üçün çəkilən tibbi xərclər, dərmanları, bundan başqa gündəlik zəruri istifadə olunmalı qida məhsulları, vitaminləri və meyvə tərəvəzlər s. hər birinin təkbaşına öhdəsindən gəlmək bir ana kimi onun üçün çətindir. Qeyd etmişdir ki, oğlu Abbasov Murad üçün çəkdiyi əlavə xərclərin bütün hissəsini nə yazıq ki, atası tamamilə inkar edir. Məsələ budur ki, Cavabdeh rəsmi şəkildə ayrıldıqları gündən bugünə qədər heç bir köməklik etməmiş, onu və övladını evlə, avtomobillə, işlə və ya başqa bir digər maddi və ya mənəvi dəstəklə təmin etməmişdir. Atası övladını bugünə qədər görməmiş, bir ayaqqabı belə almamışdır. Bu baxımdan o, Abbasov Muradın saxlanması xərclərini qarşılaya bilmir. Odur ki, Fəridin əlavə xərclərə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdehlə aralarında barışıq olmamışdır. Birgə nikahdan 1 uşaq dünyaya gəlmişdir. Cavabdeh hazırda işləyir. Cavabdehdən 235 manat aliment tutulur. Maddi cəhətdən çətinlik çəkir, hesab edir ki, aliment məbləği artırılmalıdır. Cavabdehlə aralarında barışıq olmamışdır. Birgə nikahdan 1 uşaq dünyaya gəlmişdir. Cavabdeh şirkətdə çalışır, bildiyi qədəri ilə aylıq 1040 manat maaş alır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin AZ-İİİ № 483609 saylı, 10 fevral 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 iyul 2012ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3768/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2014-cü il tarixli, 2(001)-4869/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. - "xxxx" MMC ilə X1 qanuni nümayəndəsi Cavabdeh arasında bağlanmış 563-22 saylı, 07 dekabr 2022-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən “Lisey” bu müqavilənin qüvvədə olduğu müddətdə “Təhsilalan”ın ünvan 1 ünvanında yerləşən təhsil müəssisəsində 6-cı sinif İngilis bölməsi üzrə təhsil xidmətləri göstərir, “Qanuni nümayəndə” isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 563-22 saylı, 07 dekabr 2022-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. 07 dekabr 2022-ci il tarixli Razılaşdırma Protokolunun 2-ci bəndinə əsasən illik təhsil haqqı 6500 manat təşkil edir. - "xxxx" MMC “icraçı” ilə İddiaçı “sifarişçi” arasında bağlanmış 05 iyun 2023-cü il tarixli yay məktəbi üzrə xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən “icraçı” 03 iyul – 14 iyul 2023-cü il tarixində yay məktəbində müqavilədə qeyd olunan xidmətlərin göstərilməsini, “sifarişçi” isə göstərilən xidmətlərə görə xidmət haqqını tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC-nin 226 saylı, 05 iyun 2023-cü il tarixli arayışına əsasən X4 03 iyul – 14 iyul tarixlərində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçiriləcək yay məktəbində iştirak edəcəkdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2680/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edillərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3768/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 16 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 16 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - “X6” MMC-nin 1719 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 xx.xx.2024-xx.xx.2024-cü il tarixində “X6” MMC-də ambulator/stasionar xidmətinə müraciət etmişdir. - “X6” MMC-nin epikrizinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X3 yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, ağırlaşmasız gedən qızılca diaqnozu qoyulmuşdur. - “X10 and Spa” Mərkəzinin 01 saylı, 16 aprel 2024-cü il tarixli arayışına əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 həqiqətən həftənin çərşənbə axşamı və cümə axşamı günləri 10:00-11:00 aralığında mərkəzlərində peşəkar müəllim tərəfindən üzgüçülük üzrə təlim keçir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2879/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2680/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - "xxxx" MMC-nin 82 saylı, 30 iyul 2024-cü il tarixli aktına əsasən İddiaçı həqiqətən "xxxx" MMC-dən 565,40 manatlıq alış etmişdir. - “X5”in 182 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən valideyn İddiaçı Online – İWS Cambridge School (Böyük Britaniya)ya 19 manat oğlu X4 üçün 09 mart 2024-cü il tarixində saat 13:40-da yatırmışdır. - "xxxx" MMC-nin 08 avqust 2024-cü il tarixli arayışına əsasən X1 valideyni İddiaçı 17 fevral 2024-cü il tarixdə "xxxx" MMC-nin hesabına robototexnika məşğələsinin keçirilməsi üçün 100 (yüz) manat ödəniş etmişdir. - "xxxx" MMC-nin 310 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı tərəfindən övladı üçün X9 klinikasının hesabına xx.xx.2023-cü il tarixində həkim Yeganə Rəşidovanın müayinəsi üçün 50 manat, EEQ üçün 60 manat, ümumilikdə klinikanın xəzinəsinə 110 manat ödəmişdir. - “X7” MMC ilə X1 qanuni nümayəndəsi Cavabdeh arasında bağlanmış QFK/1657 saylı, 19 sentyabr 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən klub valideynə tələbə üçün futbol üzrə ilkin hazırlıq xidməti göstərməyi, valideyn isə klub tərəfindən tələbəyə göstərilmiş xidmətdən yararlanmağı və müqavilə ilə nəzərdə tutulmuş qaydada xidmət haqqı və digər ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. - “X10 and Spa” Mərkəzi ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən İddiaçı hovuz xidmətindən 1 nəfər üçün 1 illik istifadəyə görə 1200 manat ödənişə Mərkəz ilə razılaşmışdır. - "xxxx" MMC-nin 02 saylı, 21 sentyabr 2024-cü il tarixli arayışına əsasən İddiaçı tərəfindən övladı üçün "xxxx" MMC klinikasının hesabına xx.xx.2024-cü il tarixində qan analizi üçün 18 manat ödəniş edilmişdir. - “Kəklik” Aptekin arayışına əsasən müştəri İddiaçı oğlu X4 üçün müxtəlif tarixlərdə ümumilikdə 429,73 manat məbləğində dərmanlar almış və kart hesabı ilə ödəniş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikahından 16 iyul 2012-ci il təvəllüdlü X4 anadan olmuş, sonradan tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 16 iyul 2012-ci il təvəllüdlü X1 anasının yanında saxlanılmışdır. Son olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2879/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2680/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı cavabdehdən onun maaşının dörddə üç hissəsinin tutulub onun bank hesabına köçürülməsini tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin mübahisəsiz halıdır ki, hazırda iddiaçının ailə vəziyyətinə dəyişiklik baş vermiş, onun ikici uşağı anadan olmuşdur. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin tələbinə əsasən, bir uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsində aliment tutulur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC-də sürücü işləyir və 750 (yeddi manat məbləğində əmək haqqı alır. Eyni zamanda iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. (VÖEN **********) Faəliyyət istiqaməti sair avtobus daşımalarıdır. Məhkəmə onu da qeyd edir ki, son məhkəmə baxış iclası zamanı sədrlik edən tərəfindən cavabdehin AZEMİS-ə baxış zamanı cavabdeh "xxxx" MMC-də sürücü işləyir və 750 (yeddi manat məbləğində əmək haqqı alması və eyni zamanda iddiaçı sahibkarlıq fəaliiyəti ilə məşğul olan fiziki şəxs olması iddiaçıya bildirilmiş, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri izah edilmiş, iddiaçı Cavabdeh həmin şəxsin maaşının dörddə üç hissəsi miqdarında aliment tələb etdiyini bildirmişdir. Beləliklə, məhkəmə uşağın yüksək mənafeyini, iddiaçının tələbini və qanunvericiliyi nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2879/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan aliment dəyişdirilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsində qeyd edilir ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2879/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan aliment dəyişdirilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar