Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-416/2026 03.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10271.05 manat məbləğində kredit bоrcu, 622.22 manat məbləğində faiz bоrcu və 102.54 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 10995 (on min doqquz yüz doxsan beş) manat 81 (səksən bir) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 122.99 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC iəl xx.xx.2025-ci il tarixdə bağladığı 020A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını özimzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11000 (on bir min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 728.95 manat ödəniş etmiş və оnun iddiaçıya 10271.05 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-Cİ il tarixə 112 gün üçün hesablanmış faiz borcu 622.22 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-Cİ il tarixə 112 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 102.54 manat təşkiledir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İddiaçı QSC-nin nümayəndəsi Nicat Ələkbərov AZEMİS vasitəsilə xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini müdafiə etdiklərini, iddia ilə bağlı sübutlarını iddia ərizəsinə əlavə olunduğunu, məhkəmə baxışını səlahiyyətli nümayəndənin iştirakı olmadan keçirib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, AZEMİS vasitəsilə ona məxsus mobil nömrələrinə SMS bildiriş çatdırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin ərizəsini, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 020A********** saylı ərizə və ona əlavə “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin məzmunundan görünür ki, Cavabdeh 35 ay müddətinə aylıq 1,3333% faiz dərəcəsi ilə 1 saylı əlavədə göstərilən plan üzrə qaytarmaq şərti ilə 11000 (on bir min) manat məbləğində kredit vermişdir. Müqavilənin məzmunundan eyni zamanda görünür ki, müştəri bankın internet səhifəsində yerləşdirilmiş “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, “tariflər və valyuta məzənnəsi ilə tanış olduğunu və onları qəbul etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli, 020A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh banka xx.xx.2025-ci il tarixinə borcu -10271,05 (on min iki yüz yetmiş bir manat beş qəpik) manat məbləğində əsas, 622,22 (altı yüz iyirmi iki manat iyirmi iki qəpik) manat faiz bоrcu və 102,54 (yüz iki manat əlli dörd qəpik) manat cərimə olmaqla, cəmi 10995,81 (on min doqquz yüz doxsan beş manat səksən bir qəpik) manat təşkil edir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə gecikdirilmiş 1694,54 manat borcu vardır. Həmin məbləğin xx.xx.2026-cı il tarixinə ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Əks halda kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləcək və 10271,05 (on min iki yüz yetmiş bir manat beş qəpik) manat məbləğində əsas, 622,22 (altı yüz iyirmi iki manat iyirmi iki qəpik) manat faiz bоrcu və 102,54 (yüz iki manat əlli dörd qəpik) manat cərimə olmaqla, cəmi 10995,81 (on min doqquz yüz doxsan beş manat səksən bir qəpik) manat və xx.xx.2025-ci il tarixindən hesablanacaq faiz və cərimə borcunun qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir. İş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli **********28 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 122,99 (bir yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə 10271,05 (on min iki yüz yetmiş bir manat beş qəpik) manat məbləğində əsas borc, 622,22 (altı yüz iyirmi iki manat iyirmi iki qəpik) manat faiz bоrcu və 102,54 (yüz iki manat əlli dörd qəpik) manat cərimə olmaqla, cəmi 10995,81 (on min doqquz yüz doxsan beş manat səksən bir qəpik) manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən İddiaçı QSC tərəfindən ödənilmiş 122,99 (bir yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10271,05 (on min iki yüz yetmiş bir manat beş qəpik) manat məbləğində əsas borc, 622,22 (altı yüz iyirmi iki manat iyirmi iki qəpik) manat məbləğində faiz bоrcu, 102,54 (yüz iki manat əlli dörd qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 10995,81 (on min doqquz yüz doxsan beş manat səksən bir qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,99 (yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat məbləğində pul iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(5-104)-416/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-416/2026
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver