Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-104)-5/2026 08.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı “alimentin artırılması və valideynin əlavə xərclərdə iştirakı” tələblərinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC Cavabdeh qarşı “alimentin artırılması və valideynin əlavə xərclərdə iştirakı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlavə xərclərə cəlb edilməklə Murad Cavabdeh oğlunun tibbi, sağlamlığı, idmanı, yeməyi, əyləncəsi, avtomobillə hərəkəti üçün petrolu və təhsili üçün çəkdiyi BSB (British SCHOOL in BAKU)-5000 manat (beş aylıq), MACBOOKUN təmiri 200 manat, MACBUKUN ÖZÜ üçün 3041 manat X8 və X5 həkim müayinə ödənişi və analizlər 359 manat 91 qəpik, Şəms Tərcümə Xidməti (ASAN xidmət) 8 manat, X6 çıxarış üçün ödənilmiş 10 manat, LEOBANK Çıxarışı 11770,39 manat (on bir min yeddi yüz yetmiş Azərbaycan Manatı), Rabitəbank 1495 manat (min dörd yüz doxsan beş manat), Bank Respublika AZN hesabı 10785 manat (on min yeddi yüz səksən beş, Azərbaycan Manatı Bank respublika Avro hesabı 11686 Avro on bir min altı yüz səksən altı avro), Yelo Bank 35032 manat (otuz beş min otuz iki manat), digər yelo bank çıxarış 6719 manat (altı min yeddi yüz on doqquz manat), X2 ödəmə yay kampı (SABAH RESİDENCE) 120 manat, MTK (Heydər Əliyev adına Müasir Təhsil Kompleksi) birdəfəlik ödəmə 300 manat, MY Class Fitness (hər ay 110 manat) bugünə qədər 1770 manat, X7 (hər ay 40 AZN) bir illik 500 manat, ENTEKS EDU birdəfəlik ödəmə (yalnız bir ay) 100 manat, Vitaminlər, dərman və iynələr ümumi 1300 manat, BSB (British School in Baku)yə ödənilmiş 650 manat depozit xərci (depozit xərci məktəb tərəfindən geri qaytarılmamışdır çünkü müqaviləyə il tamam olmamış xitam edilmişdir), 110 manat X3 EQQ və həkim qəbulu xərci, İWS QİS X4 qeydiyyat ödənişi 19 manat, Real Hospitala ödənilmiş 185 manat (yüz səksən beş AZƏRBAYCAN manatı), Zeytun, DOKTA, Buta Apteklər şəbəkəsindən 106 manat 32 qəpik (yüz altı manat 32 qəpik), İHERB-66 manat 23 qəpik (altmış altı manat iyirmi üç qəpik), dr Nəbizadə Turan həkim qəbulu 52 manat 44 qəpik (əlli iki manat qırx dört qəpik), City Hospitaldan ödənilmiş 110 manat (yüz on Azərbaycan manatı), Caspian İnternational 135 manat (yüz otuz beş manat), X1 Mərkəzindən 341 manat 50 qəpik (üç yüz qırx bir manat əlli qəpik), Ventura Apteklər şəbəkəsindən 74 manat 20 qəpik, Geyimləri üçün 245 manat 96 qəpik (iki yüz qırx beş manat doxsan altı qəpik), Əyləncələri üçün 200,63 (iki yüz manat altmış üç qəpik), Petrol üçün məktəbə, idmana, xəstəxanaya və s. apar gətir 1200 manat (min iki yüz Azərbaycan Manatı) 2019-cu ildən etibarən bugünə qədər kommunal xərclər hər ay 68 manat olmaqla (altmış səkkiz Azərbaycan Manatı olmaqla 4969 manat (dörd min doqquz yüz altmış doqquz Azərbaycan Manatı) və isti su, soyuq su və işıq aylıq 33 manat olmaqla 2376 manat və aylıq 100 manat olmaqla bir illik 1300 manat avtoparkinq (min üç yüz Azərbaycan manatı), həmçinin JOMA Azərbaycan İdman geyimləri 450 və 85 manatlıq çeklər. Banklardan xərc çəkdiyi aşağıdakı məbləğlər YELO BANK LİGHT İBAN AZ69NİCB**********0007A41010-12272 (on iki min iki yüz manat (bu xx.xx.2019xx.xx.2024 cü illəri əhatə edir. 2) AZ69NİCB**********0009A41010 52227 (əlli iki min iki yüz iyirmi yeddi manat) xx.xx.2021-xx.xx.2024 cü illəri əhatə edir. 3) AZ23NİCB**********0016A25010 xx.xx.2024 -xx.xx.2024 cü illəri əhatə edir 61 (altmış bir manat iyirmi yeddi qəpik) 4) AZ23NİCB**********0016A25010 xx.xx.2024 - xx.xx.2024-cü illəri əhatə edir, 195 manat yetmiş üç qəpik; 5) AZ91NİCB**********0014A**********72 xx.xx.2024 - xx.xx.2024 cü illəri əhatə edir 14196 (on dörd min yüz doxsan altı manat) 6) AZ62NİCB**********01A41010 xx.xx.2019 - xx.xx.2024 cü illəri əhatə edir ******* (iyirmi altı min beş yüz iyirmi üç manat) YELO PREMİUMKART 7) AZ421BAZ**********62934479215 ABB 01 Yanvar 2019-07 noyabr 2024-cü illəri əhatə edir 217161 (iyirmi bir min yetmiş bir manat altmış bir qəpik 8) AZ151BA********************6 15 iyul 2024 - 30 noyabr 2024 cü illəri əhatə edir 5018 (beş min on səkkiz manat səksən bir qəpik (ABB) 9) AZ25İBAZ 338810294**********5 25 iyul 2024 - 07 noyabr 2024 (127) yüz iyirmi yeddi manat təşkil edir) 10) AZ63UBAZ********************10 9782 (doqquz min 82 manat 13 qəpik xx.xx.2022 -xx.xx.2024-cü illəri əhatə edir. 11) Xalq BANK xx.xx.2017 - xx.xx.2018 1551 FBR azn **********001azn BR1 12) AZ85HAJCFPR GBP (FUNT)**********9001 132 xx.xx.2021 xx.xx.2024-cü illəri əhatə edir. 13) AZ52TURA******************** xx.xx.2018 -xx.xx.2024-cü illər 1320 (MİN ÜÇ YÜZ İYİRMİ MANAT ALTMİŞ SƏKKİZ MANAT 14)10785(ON MİN YEDDİ YÜZ SƏKSƏN BEŞ MANAT 71 QƏPİK. BANK RESPUBLİKA AZN KART HESABİ 15) 6689 (ALTİ MİN ALTİ YÜZ SƏKSƏN DOQQUZ MANAT BANK RESPUBLİKA AZƏRBAYCAN MANATİ HESABDAN ÇİXARİŞ 16) 9536 (DOQQUZ MİN BEŞ YÜZOTUZ ALTİ MANAT SƏKSƏN DOQQUZ QƏPİK RABİTƏ BANK ASC 2025-ci il üzrə isə çıxarışlar 1) Leobank 11780 on bir min yeddi yüz səksən 2) ABB 8870 səkkiz min səkkiz yüz yetmiş 3) Acessbank 8329 səkkiz min üç yüz iyirmi doqquz 4) yelo bank 3500 üç min beş yüz manat 5) Bank Respublika 7183 yeddi min yüz səksən bir Yəni Ümumi məbləğdə 193 min 510 manat (yüz doxsan üç min beş yüz on AZƏRBAYCAN manatı) manat pulun ona geri ödənilməsi və hər ay Muradın sağlamlığı, idmanı və təhsili üçün tələb edilən 1150 manat pulun ona ödənilməsi bundan əlavə isə ayrıca alimentin artıb 260 manata çevrilib ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbinin “xahiş edirəm” hissəsindən də aydın görünür ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. İddiaçının “xahiş edirəm” hissəsində qeyd olunan “cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbi ilə bir–biri ilə əlaqəli olmayan “alimentin artırılması” barədə tələbi birləşdirmişdir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-3-cü maddəsinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Belə ki, iddiaçı aliment miqdarının dəyişdirilməsini xahiş etdiyindən, iddiasında minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tələb etdiyindən, iddia ərizəsi indeksasiya mahiyyəti daşıdığından iddia ərizəsi ilə deyil, məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) ərizə ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etməli idi. Eyni zamanda iddiaçı qismində İddiaçı2 MMC də iddia tələbi irəli sürsə də, həmin iddiaçının cavabdehə qarşı tələbinin nədən ibarət olduğu müəyyən edilmir. Nəzərə alsaq ki, tələb alimentin indeksasiyası və uşağa çəkilən əlavə xərclərlə bağlıdır belə olan halda, məhkəmə hesab edir ki, iddiaçılar da bir-biri ilə əlaqəli olmadığı halda birlikdə iddia qaldırmışlar. İddiaçılara izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı “alimentin artırılması və valideynin əlavə xərclərdə iştirakı” tələblərinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçılara qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(5-104)-5/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-104)-5/2026
08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver