Məhkəmə qərarları › İş №e-2(5-106)-309/2026

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-106)-309/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(5-106)-309/2026 11.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 587,17 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 AZN bank xidmət haqqının müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli, BPM**********81 saylı kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədi ilə Cavabdeh1 illik 22 faiz olmaqla, 48 ay müddətinə 3200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh2 arasında 19 yanvar 2022-ci il tarixli, BPM**********81 saylı zaminlik müqaviləsi bağlanmışdır. 19 yanvar 2022-ci il tarixli, BPM**********81 saylı kredit müqaviləsinə əsasən 27 yanvar 2026-cı il tarixinə cavabdehin 587.17 msnst borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 12 dekabr 2025-ci il tarixində 6-2-22/2-52968/2025 saylı xəbərdarlıq məktubları göndərilmişdir. Ona görə də, cavabdehlərdən 587,17 manat borcun və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 AZN bank xidmət haqqının müştərək qaydada alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 19 yanvar 2022-ci il tarixli, BPM**********81 saylı kredit müqaviləsindən görünür ki, şəxsi istehlak məqsədi ilə Cavabdeh1 illik 22 faiz olmaqla, 48 ay müddətinə 3200 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli, BPM**********81 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin Cavabdeh2, 19 yanvar 2022-ci il tarixli, BPM**********81 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini öhdəsinə götürmüşlər. İşdə olan 27 yanvar 2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin "xxxx" ASC-yə 587,17 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli, BPM**********81 saylı kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədi ilə Cavabdeh1 illik 22 faiz olmaqla, 48 ay müddətinə 3200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh2 arasında 19 yanvar 2022-ci il tarixli, BPM**********81 saylı zaminlik müqaviləsi bağlanmışdır. 19 yanvar 2022-ci il tarixli, BPM**********81 saylı kredit müqaviləsinə əsasən 27 yanvar 2026-cı il tarixinə cavabdehin 587.17 msnst borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 12 dekabr 2025-ci il tarixində 6-2-22/2-52968/2025 saylı xəbərdarlıq məktubları göndərilmişdir. Ona görə də, cavabdehlərdən 587,17 manat borcun borcun alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 587,17 manat müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan 26 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 587,17 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı, cəmi 617 (altı yüz on yeddi) manat 57 (əlli yeddi) qəpik pul alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nəriman Alməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar