Məhkəmə qərarları › İş №e-2(5-106)-467/2026

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-106)-467/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(5-106)-467/2026 16.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4368,47 (dörd min üç yüz altmış səkkiz manat 47 qəpik) manat əsas borc, 342,16 (üç yüz qırx iki manat 16 qəpik) manat faiz borcu, cəmi 4710,63 (dörd min yeddi yüz on manat 63 qəpik) manat məbləğində pulun və 68 (altmış səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASCnin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2024-cü il tarixli, AGNPU-05424/1 saylı Lokal kartla kredit limitinin ayrılmasına dair əsas şərtlər- Razılaşmaya əsasən illik 23,5 % (iyirmi dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 6100 (altı min bir yüz) manat məbləğində cavabdehə kredit verilmişdir 13 sentyabr 2024-cü il tarixli, AGNPU-05424/1 saylı Lokal kartla kredit limitinin ayrılmasına dair Əsas şərtlər Razılaşmanın şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbəpulunu (cərimə, penya), faizləri vəəsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı vəşifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13 Sentyabr 2024-cü il tarixli, AGNPU-05424/1 saylı Lokal kartla kreditlimitinin ayrılmasına dair Əsas şərtlər-Razılaşmaya görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dan gec olmayaraq hər ay 237,73 (iki yüz otuz yeddi manat 73 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydada icra etməmişdir. Cavabdeh 13 Sentyabr 2024-cü il tarixli, AGNPU-05424/1 saylı Lokal kartla kredit limitinin ayrılmasına dair Əsas şərtlər-Razılaşma üzrə 4368,47 (dörd min üç yüz altmış səkkiz manat 47 qəpik) manat əsas borc, 342,16 (üç yüz qırx iki manat 16 qəpik) manat faiz borcu, cəmi 4710,63 (dörd min yeddi yüz on manat 63 qəpik) manat borcu ödəməmişdir. Ona görə də Cavabdeh 4368,47 (dörd min üç yüz altmış səkkiz manat 47 qəpik) manat əsas borc, 342,16 (üç yüz qırx iki manat 16 qəpik) manat faiz borcu, cəmi 4710,63 (dörd min yeddi yüz on manat 63 qəpik) manat məbləğində pulun və 68 (altmış səkkiz) manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 13 sentyabr 2024-cü il tarixli, AGNPU-05424/1 saylı Lokal kartla kredit limitinin ayrılmasına dair əsas şərtlər-Razılaşmadan görünür ki, cavabdehə illik 23,5 % (iyirmi dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 6100 (altı min bir yüz) manat məbləğində kredit verilmişdir İşdə olan 18 fevral 2026-cı il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13 sentyabr 2024-cü il tarixli, AGNPU-05424/1 saylı Lokal kartla kredit limitinin ayrılmasına dair əsas şərtlər-Razılaşma üzrə 4368,47 (dörd min üç yüz altmış səkkiz manat 47 qəpik) manat əsas borc, 342,16 (üç yüz qırx iki manat 16 qəpik) manat faiz borcu, cəmi 4710,63 (dörd min yeddi yüz on manat 63 qəpik) manat manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2024-cü il tarixli, AGNPU-05424/1 saylı Lokal kartla kredit limitinin ayrılmasına dair əsas şərtlər-Razılaşmaya əsasən illik 23,5 % (iyirmi dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 6100 (altı min bir yüz) manat məbləğində cavabdehə kredit verilmişdir 13 sentyabr 2024-cü il tarixli, AGNPU-05424/1 saylı Lokal kartla kredit limitinin ayrılmasına dair Əsas şərtlər Razılaşmanın şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbəpulunu (cərimə, penya), faizləri vəəsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı vəşifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13 Sentyabr 2024-cü il tarixli, AGNPU-05424/1 saylı Lokal kartla kreditlimitinin ayrılmasına dair Əsas şərtlər-Razılaşmaya görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dan gec olmayaraq hər ay 237,73 (iki yüz otuz yeddi manat 73 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydada icra etməmişdir. Cavabdeh 13 Sentyabr 2024-cü il tarixli, AGNPU- 05424/1 saylı Lokal kartla kredit limitinin ayrılmasına dair Əsas şərtlər-Razılaşma üzrə 4368,47 (dörd min üç yüz altmış səkkiz manat 47 qəpik) manat əsas borc, 342,16 (üç yüz qırx iki manat 16 qəpik) manat faiz borcu, cəmi 4710,63 (dörd min yeddi yüz on manat 63 qəpik) manat borcu ödəməmişdir. Ona görə də Cavabdeh 4368,47 (dörd min üç yüz altmış səkkiz manat 47 qəpik) manat əsas borc, 342,16 (üç yüz qırx iki manat 16 qəpik) manat faiz borcu, cəmi 4710,63 (dörd min yeddi yüz on manat 63 qəpik) manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4368,47 (dörd min üç yüz altmış səkkiz manat 47 qəpik) manat əsas borc, 342,16 (üç yüz qırx iki manat 16 qəpik) manat faiz borcu, cəmi 4710,63 (dörd min yeddi yüz on manat 63 qəpik) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 18 fevral 2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 68 (altmış səkkiz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4368,47 (dörd min üç yüz altmış səkkiz manat 47 qəpik) manat əsas borc, 342,16 (üç yüz qırx iki manat 16 qəpik) manat faiz borcu və ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumu, cəmi 4778 (dörd min yeddi yüz yetmiş səkkiz) manat 63 (altmış üç) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nəriman Alməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar