Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(5-106)-537/2026 27.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2029-cu il tarixli APB-071№-li kredit resturukturizasiya müqaviləsi üzrə 1339.98 manat əsas, 127.56 manat hesablanmış faiz, 267.99 manat dəbbə pulu, cəmi 1735.53 manat borcun və ödənilmiş 39 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını es xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, dövlət rüsumunun ödənilməsini barədə qəbzin tarixi 31 iyul 2025-ci il tarixdə ödənilib, ancaq sözügedən mülki işə aid olub -olmaması məlum deyildir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin qoşma hissəsində dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməsi göstərilsə də, həmin qəbz iddia ərizəsinə əlavə edilmiş sənədlərdə aşkar edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(5-106)-537/2026
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-106)-537/2026
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver