Məhkəmə qərarları › İş №e-2(5-107)-240/2026

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-107)-240/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(5-107)-240/2026 03.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1200 manat əsas, 343.01 manat faiz borcu olmaqla, cəmi 1543.01 (bir min beş yüz qırx üç manat bir qəpik) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 35.43 (otuz beş manat qırx üç qəpik) manatın ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2025-ci il tarixli, GTZK5692299C299 saylı kredit müqaviləsinə əsasən onun kartına 12 ay müddətinə, illik 35 faiz dərəcəsi ilə 1200 manat məbləğinə kredit verilmiş, daha dəqiq desək kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüş, lakin cavabdeh bu öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit üzrə öhdəliklərini pozmuş, nəticədə cavabdehin xx.xx.2026-cıil tarixinə 1200 manat əsas, 343.01 manat faiz olmaqla, cəmi 1543.01 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında hall olunma) heç bir fayda verməmişdir va kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Cavabdeh 16 fevral 2026-cı il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, bankdan götürdüyü kredit borcunu ödəyə bilməməsi qəsdən və ya öhdəlikdən yayınmaq məqsədilə olmamış, kredit vəsaitini götürdükdən sonra həyat yoldaşı ağır xəstəlik keçirmiş, bu səbəbdən də ailə vəziyyəti kəskin şəkildə pisləşmiş, işləmək imkanı məhdudlaşmış və ağır xəstə olan yoldaşının qayğısı tam şəkildə onun üzərinə düşmüş, maddi imkanı olmaması səbəbindən kredit ödənişlərini vaxtında yerinə yetirə bilməmişdir. Hazırda əsas borcu ödəmək niyyətindədir və bundan da yayınmadığını, sadəcə maddi durumu çox ağır olduğuna görə borcu birdəfəlik ödəmək imkanının olmadığını, əsas borc məbləği olan 1200 manatın hissə-hissə ödənilməsinə icazə verilməsini və ödənişi aylıq 20-30 manat məbləğində qrafiklə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. xx.xx.2025-ci il tarixli, GTZK5692299C299 saylı kredit xətt müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə, illik 35 faiz dərəcəsi ilə 1200 manat məbləğində kredit verilmişdir. ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2026-cı il tarixinə kredit müqaviləsi üzrə 1200 manat əsas, 343.01 manat faiz olmaqla, cəmi 1543.01 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh sözügedən kredit müqaviləsi üzrə 1200 manat əsas, 343.01 manat faiz borcu olmaqla, cəmi 1543.01 (bir min beş yüz qırx üç manat bir qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 35.43 (otuz beş manat qırx üç qəpik) manat alınıb ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh - xx.xx.2025-ci il tarixli, GTZK5692299C299 saylı kredit müqaviləsi üzrə 1200 manat əsas, 343.01 manat faiz borcu olmaqla, cəmi 1543.01 (bir min beş yüz qırx üç manat bir qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 35.43 (otuz beş manat qırx üç qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar