Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(5-107)-633/2026 02.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Rafiq oğluna qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Rafiq oğlundan cəmi 21.738 manat məbləğin və dövlət rüsumu kimi ödənilmiş 155.21 manat məbləğin tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə razılıq əldə olunduğundan ərizənin geri qaytarılmasını və dövlət rüsumu kimi ödənilmiş məbləğin də qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin mənasına görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu da geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.11-ci 259-262-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə adından QƏRARAALDİM: İddiaçı "xxxx" ASC-nin Cavabdeh Rafiq oğluna qarşı borc tələbinə dair ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İşin məhkəmədə baxılması ilə əlaqədar olaraq ödənilmiş 155.21 /bir yüz əlli beş manat iyirmi bir qəpik/ manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(5-107)-633/2026
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-107)-633/2026
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver