Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(5-107)-85/2026 17.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdeh İ.Yusibova qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 xx.xx.2023-cü il tarixli, TL-EE002580901 nömrəli kredit müqaviləsi üzrə 500 manat əsas, 132.05 manat faiz borcu olmaqla, cəmi 632.05 (altı yüz otuz iki manat beş qəpik) manat pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manatın və 0,40 manat bank xidmət haqqının ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, ASC ilə cavabdeh S.Şükürova arasında bağlanmış xx.xx.2023-cü il tarixli TL-EE002580901nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 35 ay müddətinə illik 24 % dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğinə kredit verilmiş, borclu İ.Yusibov kredit müqaviləsi üzrə vəsaitdən tam olaraq istifadə etmiş, lakin kredit üzrə borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır.Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdeh İ.Yusibovun xx.xx.2023-cü il tarixli TL-EE002580901 nömrəli kredit müqaviləsi üzrə banka borcu 500 manat əsas, 132.05 manat faiz olmaqla, ümumilikdə isə 632.05 manat təşkil edir. Beləliklə, cavabdeh kreditlərin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit üzrə borcun və kreditlərə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda idda ərizəsi üçün məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmiş, nəticədə cavabdehin xx.xx.2025-ci il tarixinə 500 manat əsas, 132.05 manat faiz borcu olmaqla, cəmi 632.05 manat borcu yaranmışdır. Kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. xx.xx.2023-cü il tarixli TL-EE002580901 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 35 ay müddətinə illik 24 % dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğinə kredit verilmişdir. ASC-nin maliyyə arayışından görünür ki, İ.Yusibovun xx.xx.2025-ci il tarixinə kredit müqaviləsi üzrə 500 manat əsas, 132.05 manat faiz borcu olmaqla, cəmi 632.05 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən X1 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli TL-EE002580901 nömrəli kredit müqaviləsi üzrə 500 manat əsas, 132.05 manat faiz borcu olmaqla, cəmi 632.05 (altı yüz otuz iki manat beş qəpik) manat pul, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0,40 manat bank xidmət haqqı alınıb ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh X2-xx.xx.2023-cü il tarixli TL-EE002580901 nömrəli kredit müqaviləsi üzrə 500 manat əsas, 132.05 manat faiz borcu olmaqla, cəmi 632.05 (altı yüz otuz iki manat beş qəpik) manat pul, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Elşad Bayramov
Məhkəmə qərarları › İş №e-2(5-107)-85/2026
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-107)-85/2026
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver