Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(5-111)-38/2026 13.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və X2 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********0285 saylı kredit müqaviləsi üzrə 1498,36 (min dörd yüz doxsan səkkiz manat, otuz altı qəpik) AZN əsas, faiz borcu üzrə 16,93 (on altı manat, doxsan üç qəpik) AZN, cərimə borcuna görə 0,00 (sıfır) AZN olmaqla cəmi 1515,29 (bir min beş yüz on beş manat iyirmi doqquz qəpik) AZN; həmçinin, **********0272 saylı kredit müqaviləsi üzrə 883,59 (səkkiz yüz səksən üç manat, əlli doqquz qəpik) AZN əsas, faiz borcu üzrə 0,00 (sıfır) AZN, cərimə borcuna görə 0,00 (sıfır) AZN olmaqla cəmi 883,59 (səkkiz yüz səksən üç manat əlli doqquz qəpik) AZN borcu və ödənilmiş 43,99 (qırx üç manat, doxsan doqquz qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0272 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında 0iziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan 900,64 (doqquz yüz manat, altmış dörd qəpik) AZN; Həmçinin eyni tarixli, **********0285 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 1498,36 (bir min dörd yüz doxsan səkkiz manat, otuz altı qəpik) AZN; qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0272 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,78 AZN, dörd il müddətində isə hər ay 19,15 AZN olmaqla və **********0285 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1,29 AZN, dörd il müddətində isə hər ay 31,87 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0272-883180 saylı və **********0285–883180 saylı Zaminlik müqavilələri ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Məmmədova Tünzalə Tofiq qızı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Məmmədova Tünzalə Tofiq qızının **********0285 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1498,36 AZN əsas, faiz borcu üzrə 16,93 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1515,29 (bir min beş yüz on beş manat, iyirmi doqquz qəpik) AZN təşkil edir. Həmçinin, **********0272 saylı kredit müqaviləsi üzrə borcun məbləği 883,59 AZN əsas, faiz borcu üzrə 0,00 AZN, cərimə borcuna görə 0,00 AZN olmaqla cəmi 883.59 (səkkiz yüz səksən üç manat, əlli doqquz qəpik ) AZN təşkil edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli **********0272 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh2 5 il müddətinə, 1 il güzəşt müddəti müəyyən edilməklə, 1% faiz dərəcəsi ilə, 900,64 (doqquz yüz manat, altmış dörd qəpik) manat kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********0272 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 5 il müddətinə 900.64 AZN əsas, 27.95 AZN faiz borcu olmaqla, ümumilikdə 928.59 AZN məbləğində pulu ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0285 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh2 5 il müddətinə, 1 il güzəşt müddəti müəyyən edilməklə, 1 % faizlə 1498,36 (min dörd yüz doxsan səkkiz manat, otuz altı qəpik) manat kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********0285 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 5 il müddətinə 1498,36 AZN əsas, 46.43 AZN faiz borcu olmaqla, ümumilikdə 1544.79 AZN məbləğində pulu ödəməlidir. İş materiallarında olan, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0272-883180 saylı və **********0285–883180 saylı Zaminlik müqavilələrindən görünür ki, Kazımov X1 Tünzalə Tofiq qızı tərəfindən kredit müqavilələri üzrə müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan, İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 banka **********0285 saylı kredit müqaviləsi üzrə 1498,36 (min dörd yüz doxsan səkkiz manat, otuz altı qəpik) AZN əsas, faiz borcu üzrə 16,93 (on altı manat, doxsan üç qəpik) AZN, cərimə borcuna görə 0,00 (sıfır) AZN olmaqla, cəmi 1515,29 (bir min beş yüz on beş manat, iyirmi doqquz qəpik) AZN; həmçinin, **********0272 saylı kredit müqaviləsi üzrə 883,59 (səkkiz yüz səksən üç manat, əlli doqquz qəpik) AZN əsas, faiz borcu üzrə 0,00 (sıfır) AZN, cərimə borcuna görə 0,00 (sıfır) AZN olmaqla cəmi 883,59 (səkkiz yüz səksən üç manat, əlli doqquz qəpik) AZN məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş 21 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan, ödəniş tapşırığından görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 43,99 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2019-cu il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda Zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0272 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh2 5 il müddətinə, 1 il güzəşt müddəti müəyyən edilməklə, 1 % faiz dərəcəsi ilə, 900,64 (doqquz yüz manat, altmış dörd qəpik) manat kredit verilmiş və İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0285 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh2 5 il müddətinə, 1 il güzəşt müddəti müəyyən edilməklə, 1 % faizlə 1498,36 (min dörd yüz doxsan səkkiz manat, otuz altı qəpik) manat kredit vermişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2019-cu il tarixli **********0272-883180 saylı və **********0285–883180 saylı Zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 zamin qismində Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsində onun verilmə müddəti qeyd edilməmiş, əsas öhdəliyin icrası müddəti isə 5 il müəyyən edilmişdir. Cavabdeh2 kredit borcunu banka ödəməkdən yayınmış, iş üzrə İddiaçı MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2 müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə zamindən də, borcun tutulmasının tələb edilməsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tələbi zamindən də borc pulun tutulması hissəsində əsassızdır. Belə ki, hər iki xx.xx.2019-cu il tarixli **********0272 saylı və xx.xx.2019-cu il tarixli **********0285 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 22 noyabr 2024-cü il tarixdə başa çatsa da, iddiaçı olan bank tərəfindən borcun qaytarılması tələbi ilə məhkəməyə xx.xx.2026-cı il tarixdə müraciət edilmişdir. Halbuki, iddiaçı zaminə qarşı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin çatdığı 22 noyabr 2024-cü il tarixdən bir il ərzində yəni, 22 noyabr 2025-ci il tarixədək iddia qaldırmalı idi. Qanunvericiliyə əsasən isə, qeyd edilən 1 il müddət kəsici müddət olaraq qəbul olunur və iddia müddətindən fərqli olaraq cavabdehin müddətin tətbiqi barədə ərizə verməsi əsasında deyil də, məhkəmə tərəfindən tətbiq edilir. Belə ki, kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu səbəbdən də, qanunvericiliyin tələbindən irəli gələrək zaminlik müqavilələri xitam verilmiş hesab olunmalı, zaminə münasibətdə iddia tələbi rədd edilməlidir. Cavabdeh2 isə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 43,99 AZN dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********0285 saylı kredit müqaviləsi üzrə 1498,36 (min dörd yüz doxsan səkkiz manat, otuz altı qəpik) AZN əsas, 16,93 (on altı manat, doxsan üç qəpik) AZN faiz, 0,00 (sıfır) AZN cərimə borcu olmaqla, cəmi 1515,29 (bir min beş yüz on beş manat iyirmi doqquz qəpik) AZN; xx.xx.2019-cu il tarixli, **********0272 saylı kredit müqaviləsi üzrə 883,59 (səkkiz yüz səksən üç manat, əlli doqquz qəpik) AZN əsas, 0,00 (sıfır) AZN faiz, 0,00 (sıfır) AZN cərimə borcu olmaqla, cəmi 883,59 (səkkiz yüz səksən üç manat əlli doqquz qəpik) AZN borc, ümumilikdə 2398,88 (iki min üç yüz səksən səkkiz manat, doxsan səkkiz qəpik) AZN borc və ödənilmiş 43,99 (qırx üç manat, doxsan doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(5-111)-38/2026
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-111)-38/2026
13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver