Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(5-113)-7/2026 10.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, İddiaçı MM QBKT Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT məhkəmədə Cavabdeh xx.xx.2019-cu il tarixli **********1140 saylı müqaviləyə əsasən, əsas borc üzrə 725.42 (yeddi yüz iyirmi beş manat qırx iki qəpik) manat, 22.44 (iyirmi iki manat qırx dörd qəpik) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli **********1150 saylı müqaviləyə əsasən, əsas borc üzrə 422.50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat, 13.05 (on üç manat beş qəpik) manat cərimə borcu cəmi 435.55 (dörd yüz otuz beş manat əlli beş qəpik) manat borc,cəmi iki müqavilə üzrə 1183.41 (min yüz səksən üç manat qırx bir qəpik) manat borcun və 31.84 (otuz bir manat səksən dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı MM QBKT nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı MM QBKT-nin iddia ərizəsindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeharasında bağlanmış **********1140 saylı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında 28 fevral 2019-cu il tarixli " Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 725.42 manat və **********1150 GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 422.50 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. xx.xx.2019-cu il tarixli **********1140 və xx.xx.2019-cu il tarixli **********1150 saylı kredit müqavilələrinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.62 manat, dörd il müddətində isə hər ay 15.43 manat və bir il güzəşt müddətində hər ay 0.36 manat, dörd il müddətində isə hər ay 8.99 olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmin kerid müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun hər ay olmaqla bərabər hiissələrdə ödəniş etməsi razılaşdırılmışdır.Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kerdit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam ödəməyi öhdəsinə götürmüşdür.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilməsi məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixə olan Maliyyə arayışına əsasən Cavabdeh borcu birinci müqavilə üzrə əsas məbləğ 725.42 manat, 22.44 manat cərimə borcu, cəmi 747.86 manat və ikinci müqavilə üzrə əsas məbləğ 422.50 manat, 13.05 manat cərimə borcu, cəmi 435.55 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehin iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Həmin Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən,kerdit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixə olan Maliyyə arayışına əsasən Cavabdeh borcu birinci müqavilə üzrə əsas məbləğ 725.42 manat, 22.44 manat cərimə borcu, cəmi 747.86 manat və ikinci müqavilə üzrə əsas məbləğ 422.50 manat, 13.05 manat cərimə borcu, cəmi 435.55 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Cavabdeh iddiaçı ilə arasında olan kredit müqaviləsinin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinəəsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31.84 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli **********1140 saylı müqaviləyə əsasən, əsas borc üzrə 725.42 (yeddi yüz iyirmi beş manat qırx iki qəpik) manat, 22.44 (iyirmi iki manat qırx dörd qəpik) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli **********1150 saylı müqaviləyə əsasən, əsas borc üzrə 422.50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat, 13.05 (on üç manat beş qəpik) manat cərimə borcu cəmi 435.55 (dörd yüz otuz beş manat əlli beş qəpik) manat borc,ümumilikdə cəmi iki müqavilə üzrə 1183.41 (min yüz səksən üç manat qırx bir qəpik) manat borcun və 31.84 (otuz bir manat səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı MM QBKT-nin hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(5-113)-7/2026
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-113)-7/2026
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver