Məhkəmə qərarları › İş №e-2(5-114)-186/2026

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-114)-186/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(5-114)-186/2026 03.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə, “X10 kredit təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin və cərimənin ödənilməsi” tələbinə dair mülki işə 03 mart 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı “X10 kredit təşkilatı” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı "X10 Kredit Təşkilatı" ASC-yə ödənilməmiş 4860 AZN ( dörd min səkkiz yüz altmış manat) məbləğində əsas borcu, gecikdirilmə müddəti üçün hesablanmış 1372 AZN (bir min üç yüz yetmiş iki manat) dəbbə borcu, cəmi ödəniləcək 6232 AZN ( altı min iki yüz otuz iki manat ) məbləğində borcun və 83 (səksən üç manat) məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı «X10 kredit təşkilatı» ASC iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "X10 Kredit Təşkilatı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, BR0029414-2025 saylı borc müqaviləsinə əsasən, "Borc verən" borcalana (cavabdehə) 14 (on dörd) gün müddətində geri qaytarılmaq şərti və maliyyə yardımı məqsədi ilə faizsiz bore kimi 6860 AZN (altı min səkkiz yüz altmış) manat məbləğində borca pul vəsaiti verir, "Borc alan” isə borcu bu müqavilənin şərtləri əsasında geri qaytarmağı və ümumi dəyəri 6860,00 AZN ( altı min səkkiz yüz altmış) manat məbləğində olan qızıl zinət əşyalarını girov qoyacağına dair öhdəlik götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddətdə “Borc verən” borcunu tələb edərsə, “Borc alan" ən geci 3 (üç) iş günü ərzində borcu "borc verən" ə qaytarır. Sözügedən müqavilənin 2.3-cü bəndinə əsasən, "Borc alan" bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş müddət ərzində aldığı pul vəsaiti məbləğinin qarşılığında qızıl zinət əşyalarını girov kimi təqdim etmədikdə borc məbləğinin 20 %-i (faiz) məbləğində dəbbə ödənilməsini öz üzərinə götürür. Bundan başqa, Cavabdeh müqavilənin tələblərindən irəli gələrək üzərinə götürdüyü öhdəliklərinin təminatı olaraq iddiaçıya təqdim etməli olduğu qızıl zinət əşyalarını vaxtında və tam şəkildə girov qoyulmasına dair əlavə öhdəlik götürərək şəxsi iltizam vermiş və daşıdığı məsuliyyət barədə xəbərdar olunmuşdur. Lakin, Cavabdeh borc müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq ödəməli olduğu borcunun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş və girov obyektini borc verənin sahibliyinə verməmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Belə ki, Cavabdeh iddiaçı "X10 Kredit Təşkilatı" ASC-yə ödənilməmiş 4860 AZN ( dörd min səkkiz yüz altmış manat ) məbləğində əsas borcu, gecikdirilmə müddəti üçün hesablanmış 1372 AZN (bir min üç yüz yetmiş iki manat) dəbbə borcu, cəmi ödəniləcək 6232 AZN (altı min iki yüz otuz iki manat ) məbləğində borcu mövcuddur. Tərəflərin mövqeyi İddiaçı «X10 kredit təşkilatı» ASC məhkəməyə ərizə göndərərək iş üzrə baxış iclasını iştirakları olmadan keçirib, qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2026-cı il tarixli **********05 saylı mədaxil qəbzindən görünür ki, “X10 kredit təşkilatı” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 83 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli BR0029414-2025 saylı borc müqavləsindən görünür ki, “X10 kredit təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında borc müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunan iltizamdan görünür ki, Cavabdeh xx.xx.2025 tarixli BR0029414-2025 nömrəli borc müqaviləsi üzrə "xxxx" ASC-dən götürdüyüm 6 860,00AZN (Altı min səkkiz yüz altmış manat 00 qəpik) məbləğində borc müqabilində borc aldığı gündən 14 (on dörd) gün müddətində spesifikasiyası aşağıda göstərilmiş qızıl zinət əşyalarını borc verənin xeyrinə girov qoyacağına dair öhdəlik götürdüyünü qeyd etmişdir. xx.xx.2025-ci il tarixli hesablaşma aktından görünür ki, Cavabdeh "xxxx" ASC-dən 6860 manat məbləğində kredit götürmüşdür. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarına "xxxx" ASC-nin nizamnaməsi əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 və X1 Aqil Ələddin oğluna plastik kartı və ŞEN zərfi təhvil vermişdir. AZE seriyalı 15043959 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına "xxxx" ASC-nin lisenziyası əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş məlumatdan görünür ki, "xxxx" ASC-nin VÖEN-i ********** saylıdır. xx.xx.2025-ci il tarixli BF-218/2025 saylı xəbərdarlıqdan görünür ki, xx.xx.2025-ci il tarixinə qədər 5832 manat kredit borcunu ödəməyi tələb olunmuşdur. xx.xx.2026-cı il tarixli BO-519/2026 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli BR0029414-2025 saylı kredit müqaviləsi üzrə təşkilata ödənilməmiş 4860 AZN (dört min səkkiz yüz altmış manat) məbləğində əsas borcu, müqavilə öhdəliklərinin vaxtında icra edilməməsi və gecikdirilmə müddəti üçün 1372 AZN (bir min üç yüz yetmiş iki manat) dəbbə borcu, cəmi 6232 AZN (altı min iki yüz otuz iki manat) məbləğində borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi İş materiallarından görünür ki, iddiaçı ərizəsində cavabdehdən 4860 AZN ( dörd min səkkiz yüz altmış manat) məbləğində əsas borcu, gecikdirilmə müddəti üçün hesablanmış 1372 AZN (bir min üç yüz yetmiş iki manat) dəbbə borcu, cəmi ödəniləcək 6232 AZN ( altı min iki yüz otuz iki manat) tələb etmişdir. Tərəflər arasında xx.xx.2025-ci il tarixli borc müqaviləsi imzalanmışdır. Borc müqaviləsi əsasında qızıl-zinət əşyalarının borc verənin xeyrinə girov qoyulacağı barədə cavabdeh tərəfindən öhdəlik götürülsə də, icra olunmamışdır. Həmin müqavilə və iltizamdan irəli gələrək iddia tələbi qismən əsaslıdır. Tənasüb olmayan cərimə məbləği azaldılmalı və cəmi 120 manat məbləğində dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 83 manat dövlət rüsumu ödəmişdir. İddianın təmin olunan hissəsinə münasibətdə dövlət rüsumu 69.80 manat həcmində tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 4860 manat əsas, 120 manat cərimə borcu olmaqla, cəmi 4980 (dörd min doqquz yüz səksən) manat məbləğində pul və 69.80 (altmış doqquz manat 80 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «X10 kredit təşkilatı» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar