Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(5-115)-283/2026 27.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 28 may 2021-ci il tarixli akta əsasən 120.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 410 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 26 fevral 2026-cı il tarixdə İddiaçı Cavabdeh qarşı 28 may 2021-ci il tarixli akta əsasən 120.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 410 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublkasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində verilir. Məhkəməyə daxil olmuş iddia ərizəsində Cavabdeh poçt ünvanı kimi ünvan 1on Məhkəmə” informasiya sistemində olan məlumat bazasından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Bununla əlaqədar iddiaçıya izah edilməlidir ki, Cavabdeh qeydiyyatda olduğu ünvan 2 ünvanı ərazi aidiyyatı üzrə Biləsuvar Rayon Məhkəməsinin yuristiksiyasına deyil, Xaçmaz Rayon Məhkəməsinin yuristiksiyasına aiddir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsində qeyd edilir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Biləsuvar rayonu ərazisində qeydiyyatda olmadığına görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 28 may 2021-ci il tarixli akta əsasən 120.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 410 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(5-115)-283/2026
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-115)-283/2026
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver