Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(5-116)-77/2026 06.02.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, eləcə də dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan ********** saylı, 03 fevral 2026-cı il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cəbrayıl Rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə 99.17 (doxsan doqquz, on yeddi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, iddia ərizəsi geri qaytarıldığı üçün ödənilmiş 99.17 (doxsan doqquz, on yeddi) AZN məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Mülki iş üzrə ödənilmiş 99.17 (doxsan doqquz, on yeddi) AZN məbləğində dövlət rüsumu Azərbaycan Respublikası dövlət büdcəsi hesabından iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(5-116)-77/2026
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-116)-77/2026
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver