Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № e-2(5-118)-30/2026 09.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1, İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və X3 qarşı kreditin, kredit faizinin və cərimələrin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 47887,91 manat əsas, 5163,73 manat faiz və 624,90 manat cərimə borcu olmaqla, cəmi 53676,54 manat borcun, 0,40 manat xidmət haqqı və ödənilmiş 251,03 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və X2 müştərək qaydada tutulub “X4” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, mülki işə baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş 16 yanvar 2024-cü il tarixli 88micGNDJ/24-EM nömrəli əsas kredit müqaviləsinin surətindən görünür ki, “X4” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 16 yanvar 2024-cü il tarixli 88micGNDJ/24-EM nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 sahibkarlıq fəaliyyəti ilə bağlı 120 ay müddətinə, 300000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh4 sahibkar kimi xx.xx.2021-ci il tarixdə (VÖEN: **********) ilə qeydiyyatdan keçmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış 16 yanvar 2024-cü il tarixli kredit müqaviləsinin 1.3-cü bəndində qeyd olunur ki, bu müqavilə və bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri üzrə kreditlər cavabdehə sahibkarlıq fəaliyyəti ilə bağlı verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 251,03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ödənilmiş 251,03 manat dövlət rüsumu "xxxx" ASC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25, 26, 32, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q Ə R A R A A L D İ: İddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 251,03 (ki yüz əlli bir manat üç qəbiq) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon məhkəməsinə şikayət verilə bilər Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(5-118)-30/2026
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-118)-30/2026
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver