Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(5-119)-551/2026 10.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi pul tələbinə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 985 manat borcun və ödənilmiş Dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə ilə müraciət edərək Cavabdeh qarşı olan işin dayandırılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin və dövlət rüsumuna görə ödədiyi 30 manat məbləğində pulun ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. - 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının ərizəsinə əsasən iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259.0.11, 114.1, 263-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı dövlət rüsumuna görə ödədiyi 30 (otuz) manat məbləğində pul ona (İddiaçı rekvizitləri VÖEN: **********, Hesab №: AZ90AİİB410100J**********187, Alanın Bankı: "xxxx" ASC, Füzuli filialı Kod: 200877, VÖEN: **********, M/h: AZ37NABZ********************, S.W.İ.F.T. AİİBAZ2X) qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(5-119)-551/2026
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-119)-551/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver