Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(5-121)-167/2026 27.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Nərgiz Ramiz qızının sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 6797.82 manat əsas borc, kart kredit limiti üzrə 313.98 manat və 1.81 manat faiz borcu olmaqla, cəmi 7113.61 manat kredit borcunun və ödənilmiş 91.14 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 20%-lə 10000 manat məbləğində nağd kredit və 36 müddətinə, illik 24% olmaqla 500 manat məbləğində kart kredit limiti verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 1180 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh V-58/2025 nömrəli vərəsəlik işi üzrə xx.xx.2025-ci il tarixli, 2V-100 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Gəncə filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 xx.xx.2021-ci il tarixli BPM**********84 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 6,797.82 manat əsas borc olmaqla cəmi 6,797.82 manat və kart kredit limiti üzrə 313.98 manat əsas borc və 1.81 manat faiz borcu olmaqla cəmi 315.79 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
Tərəflərin izahatları.
3. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək, təmin olunmasına etiraz etmədiyini bildirdi. Bununla bağlı iddianın tam həcmdə etirafı barədə məhkəməyə ərizə təqdim edərək, etirafının hüquqi nəticələrinin ona aydın olduğunu bildirdi. O, həmçinin qeyd etdi ki, hal-hazırda işsizdir, borcu bir dəfəyə ödəməyə imkanı yoxdur, gələcəkdə hissə-hissə ödəyəcək.
İş materialları.
5. "xxxx" ASC (Bank) və X7 (Borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********84 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə “Bank” ilə “Borcalan” arasında sonuncunun adına “Bank” tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, “Borcalan”ın adına bank hesablarının açılmasına, “Borcalan” tərəfindən “Tam kart” vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən “Tam kart”dan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, “Bank” tərəfindən 36 ay müddətinə, illik 20% ödənilmək şərti ilə, 10.000 manat məbləğində ayrılmış kredit xəttindən şəxsi ehtiyacların ödənilməsi (istehlak) məqsədi ilə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin “Bank”a ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir.
6. xx.xx.2021-ci il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, "xxxx" ASC tərəfindən X5 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 500 manat məbləğində kredit xətti ayrılmışdır.
7. Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 306068 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə “hepatorenal (qaraciyər böyrək) sindrom” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1791 nömrə ilə qeyd edilmişdir.
8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan X7 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə olan borcundan xx.xx.2025-ci il tarixədək 478.41 manat əsas borc, 92.13 manat faiz borcu ödəmiş, kredit üzrə əsas borcun qalığı 313.98 manat, faiz borcunun qalığı isə 1.81 manat olmaqla, ümumilikdə 315.79 manat təşkil etmişdir.
9. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan X7 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə olan borcundan xx.xx.2025-ci il tarixədək 3202.18 manat əsas borc, 1824.76 manat faiz borcu ödəmiş, kredit üzrə əsas borcun qalığı 6797.82 manat, faiz borcunun qalığı isə 0 manat olmaqla, ümumilikdə 6797.82 manat təşkil etmişdir.
10. 1 saylı Gəncə şəhər notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdehdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Gəncə şəhəri DTİMHQİ tərəfindən xx.xx.1197 tarixdə X5 verilmiş 9762 qeydəalma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 66.8 kv.m olan mənzildən ibarətdir. Şəhadətnamə reyestrdə 2V-100 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.
11. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcalan X4 vərəsəsi Cavabdeh müqavilə üzrə ödənilməmiş borcun məbləği barədə xəbərdar edilmiş, borcun 5 gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İşin faktiki halları.
12. İddiaçı "xxxx" ASC və X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Samir Əliyevə 36 ay müddətinə, illik 20%-lə 10.000 manat və 36 ay müddətinə, illik 24%-lə 500 manat məbləğində kredit verilmiş, Samir Əliyev isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.
13. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Samir Əliyevin ölümündən sonra ondan miras qalan əmlak xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, qızı Cavabdeh keçmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan variantda). 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.
Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda - 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
18. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən məhkəməyə iddianın etiraf edilməsi barədə yazılı ərizə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı təsdiq edilməlidir. Belə ki, bu etiraf qanuna zidd deyil, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.
19. Həmçinin işin faktiki hallarından görünür ki, iddiaçı "xxxx" ASC və X7 arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Bank öhdəsinə götürmüşdür ki, X6 36 ay müddətinə, illik 20%-lə 10.000 manat 36 ay müddətinə, illik 24%-lə 500 manat məbləğində kredit versin, X8 isə öz üzərinə götürmüşdür ki, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəsin. İş materiallarından görünür ki, Bank müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra edərək, müvafiq krediti Borcalana vermişdir. Borcalan isə müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə Banka qaytarmamışdır. Bu isə Banka Borcalandan öhdəliklərin icrasını (ödənilməmiş əsas və faiz borcunun ödənilməsini) tələb etmək hüququ vermişdir. Lakin işin faktiki hallarından görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bununla belə, nəzərə alınmalıdır ki, Borcalanın ölümü onun Bank qarşısında kredit öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
20. Hazırkı iş materiallarından görünür ki, iş üzrə Cavabdeh mərhum Samir Əliyevin qızı olmaqla, onun vərəsəsidir. Belə ki, o, xx.xx.2025-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında atasından miras qalmış əmlakı qəbul etmişdir. Bu baxımdan o, mərhum miras qoyanın kreditoru qarşısında da məsuliyyət daşımalıdır.
21. Vərəsə-cavabdehin mərhumun kreditoru (iddiaçı Bank) qarşısında məsuliyyətinin həddi ilə bağlı qeyd edilməlidir ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırkı işdən görünür ki, mərhum X9 şəhəri, Məhrəsə Bağı massivi, ev 16, mənzil 41 ünvanında yerləşən, ümumi sahəsi 66.8 kv.m. ibarət olan mənzil miras qalmışdır. Məhkəmə hesab edir ki, bu miras əmlakın qiymətinin vərəsəcavabdehdən tələb edilən borcun ümumi məbləğindən (7113.61 manat) çox olduğu məlum olduğundan bu əmlakın qiymətləndirilməsi ilə bağlı xüsusi rəy alınmasına zərurət yoxdur.
22. Belə olan halda məhkəmə hesab edir ki, mərhum borcalandan vərəsə-cavabdehə miras qalmış əmlakın dəyəri mərhum borcalanın iddiaçı Bank qarşısındakı borcunu tam həcmdə ödəməyə kifayət etdiyindən iddia təmin edilməli, cavabdehdən 6797.82 manat və 315.79 manat, cəmi 7113.61 məbləğində əsas borc və 1.81 manat məbləğində faiz borcu tutulmaqla, iddiaçı Banka ödənilməlidir.
Məhkəmə xərcləri.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 91.14 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da xidmət haqqı ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6797.82 manat və 315.79 manat, cəmi 7113.61 məbləğində əsas borc və 1.81 manat faiz borcu olmaqla, ümumilikdə 7115.42 manat məbləğində borc, 91.14 manat dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı tutulmalıdır.
27. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6797.82 manat və 315.79 manat məbləğində əsas borc və 1.81 manat faiz borcu olmaqla, ümumilikdə 7115.42 manat (yeddi min yüz on beş manat qırx iki qəpik) məbləğində borc, 91.14 (doxsan bir manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 manat (qırx qəpik) məbləğində bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nərgiz Məmmədova