Məhkəmə qərarları › İş №e-2(5-121)-274/2026

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-121)-274/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(5-121)-274/2026 04.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi)Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli, 800809-312336/5 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.857 manat 34 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 588 manat 35 qəpik, xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 521 manat 32 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 16 manat 78 qəpik, cəmi 8.983 manat 79 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110 manat 38 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 800809- 312336/5 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 21,5 faiz dərəcəsi ilə 19.000 manat məbləğində və xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunsa da, iddiaçı banka olan borcunu ödəməmişdir. Cavabdehnın xx.xx.2026-cı il tarixə xx.xx.2024-cü il tarixli, 800809-312336/5 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.857 manat 34 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 588 manat 35 qəpik, xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 521 manat 32 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 16 manat 78 qəpik, cəmi 8.983 manat 79 qəpik borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranması nəzərə tutulur. Sonda iddiaçının nümayəndəsi S.N.Abbasov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 800809-312336/5 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 21,5 % olmaqla, 48 ay müddətinə qaytarmaq şərti ilə, 19.000 manat məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli, TT24180H56RT nömrəli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 19.000 manat məbləğində nəğd pul vəsaitini qəbul etmişdir. İş matreriallarında olan xx.xx.2026-cı il tarixli, 001/007/0041/2026 nömrəli xəbərdarlığın surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 800809-312336/5 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.857 manat 34 qəpik, xx.xx.2026-cı il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 574 manat, cəmi 8.431 manat 34 qəpik məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Həmçinin Banka olan bütün borc məbləğini 7 gün müddətində ödəmək təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli, 001/007/0129/2026 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 800809-312336/5 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə borcu əsas borc qismində 7.857 manat 34 qəpik xx.xx.2026-cı il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 588 manat 35 qəpik, cəmi 8.445 manat 69 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 24 % olmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə, 500 manat məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli balansdankənar kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən **********406666 nömrəli plastik kartı qəbul etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, 001/007/0040/2026 nömrəli xəbərdarlığın surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 521 manat 32 qəpik, xx.xx.2026-cı il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 15 manat 73 qəpik, cəmi 537 manat 05 qəpik məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Həmçinin Banka olan bütün borc məbləğini 7 gün müddətində ödəmək təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli, 001/007/0130/2026 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə "xxxx" ASC-yə borcu əsas borc qismində 521 manat 32 qəpik xx.xx.2026-cı il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 16 manat 78 qəpik, cəmi 538 manat 10 qəpik təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Cavabdeh "xxxx" ASC-yə borcu xx.xx.2024-cü il tarixli, 800809-312336/5 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.857 manat 34 qəpik və xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 521 manat 32 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi "xxxx" ASC Cavabdeh ilə xx.xx.2024-cü il tarixli, 800809-312336/5 nömrəli kredit müqaviləsindən və xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsindən xx.xx.2026-cı il tarixdə imtina etməklə onlara xitam vermişdir. Həmin tarixə Cavabdeh "xxxx" ASC-yə borcu xx.xx.2024-cü il tarixli, 800809-312336/5 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 7.857 manat 34 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 574 manat və xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 521 manat 32 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15 manat 73 qəpik təşkil etmişdir. Buna görə də Cavabdeh "xxxx" ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2026-cı il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli, 800809-312336/5 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.857 manat 34 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 574 manat, xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 521 manat 32 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15 manat 73 qəpik məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7.857 manat 34 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 574 manat, xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 521 manat 32 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15 manat 73 qəpik, cəmi 8.968 manat 39 qəpik məbləğində pul vəsaiti tutulmalı, iddiası qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 109 manat 68 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli, 800809-312336/5 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.857 (yeddi min səkkiz yüz əlli yeddi) manat 34 (otuz dörd) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 574 (beş yüz yetmiş dörd) manat, xx.xx.2025-ci il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 521 (beş yüz iyirmi bir) manat 32 (otuz iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15 (on beş) manat 73 (yetmiş üç) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 109 (bir yüz doqquz) manat 68 (altmış səkkiz) qəpik, cəmi 9.078 (doqquz min yetmiş səkkiz) manat 07 (yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar