Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(5-122)-154/2026 05.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon Məhkəməsinin hakimi Vəliyev Kazım İntiqam oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin, kredit faizinin və cərimənin ödənilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 8 103,21 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 101,04 AZN məbləğində vəsaitin, 0,40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı "xxxx" KB ASC vergi ödəyicisidir və hazırki mübahisə kommersiya xarakterlidir. Göründüyü kimi, hazırki mülki işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Mülki-Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarına dəyişiklik edilmiş və qeyd olunmuşdur ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyət dairəsi müəyyən edilmişdir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsinə ümumi yurisdiksiyalı məhkəmədə baxıla bilməz. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan 24 aprel 2025-ci il tarixli, 229micGNDJ/25-EM saylı Əsas kredit və Bank hesabı müqaviləsindən görünür ki, borcverən borcalana 500 000 manat məbləğində, illik maksimum 32%, minumum 1 ay, maksimum 120 ay müddətinə 21 aprel 2035-ci il tarixədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı açır. 21 aprel 2025-ci il tarixli Əlavə kredit müqaviləsindən görünür ki, kreditin məqsədli təyinatı kimi “kredit məbləği bank qarşısındakı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiləcəyi” qeyd edilmişdir. İş materiallarında olan 21 aprel 2025-ci il tarixli Cavabdeh1 ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 36 ay müddətinə, 7 786 manat məbləğində kredit məbləğini bank qarşısında kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi məqsədləri üçün "xxxx" KB-a kredit verməyi xahiş etmişdir. Həmin ərizəyə əlavə edilmiş 10 mart 2023-cü il tarixli, 1883micGNDJ/23-EM saylı əsas kredit müqaviləsin 1.2-ci bəndində kreditin sahibkarlıq fəaliyyəti ilə bağlı verildiyi qeyd edilmişdir. “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsinə” dair elektron xidmət portalından əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 vergi ödəyicisidir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 101,04 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 261, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Unibank KB" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin, kredit faizinin və cərimənin ödənilməsi" tələbinə dair ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 101,04 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayəti verilə bilər. Hakim: Kazım Vəliyev
Məhkəmə qərarları › İş №e-2(5-122)-154/2026
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-122)-154/2026
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver