Məhkəmə qərarları › İş №e-2(5-123)-246/2026

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-123)-246/2026

13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(5-123)-246/2026 13.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı ziyan tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatın qəbul məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri, N.Tusi küçəsi ev 2 ünvnda yerləşən ona məxsus fərdi yaşayış evinin yanması X1 balansında olan ******* saylı kVA transfarmatorun texniki çəhətdən nasaz olması (istismar müddətinin keçməsi ((10kV-luq qoruyucunun qeyri-standart olduğu, 10 kV-luq ayrıcının işləmədiyi, yarımstansiyada cari təmir, sınaq –sazlama işlərinin aparılmaması və s.) nəticəsində baş verdiyi üçün (cabvabdehin kobud ehtiyyatsızlıq və səhlənkarlıq) ona dəymiş zərər (maddi ziyan) məhkəmə qaydasında müəyyən edilərək cavabdeh Azərişıq ASC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərişıq ASC-nin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Azərişıq ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 13-dir. Göründüyü kimi İddiaçı iddia ərizəsini cavabdehin qeydiyyatda olduğunu ünvan üzrə deyil, Göyçay Rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, İddiaçı qız tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdeh Azərişıq ASC-nin hüquqi ünvanı üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq qərar verdi: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı ziyan tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı cavabdeh Azərişıq ASC-nin hüquqi ünvanı üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ********** nömrəli xx.xx.2026-cı il tarixli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar