Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(5-124)-100/2026 05.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Leyla Hüseynzadə Vəliyəddin qızı, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin hallları:
1. İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında 14 sentyabr 2020-ci il tarixli ABB039 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” bağlanmışdır. Həmin restrukturizasiya müqaviləsinə əsasən illik 1% tətbiq edilməklə, 5 il müddətinə Cavabdeh2 741,4(yeddi yüz qırx bir manat, qırx qəpik) manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Həmin öhdəliyin icrasının təminatı kimi ”Aqrarkredit” QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli ABB039 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
Məhkəmədə icraat:
2. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 326,54 (üç yüz iyirmi altı manat, əlli dörd qəpik) AZN əsas, 2,86 (iki manat, səksən altı qəpik) AZN faiz olmaqla, cəmi 329,4 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-dən borclu Cavabdeh2 dair sənədləri İddiaçı QSC-yə təhvil verilmişdir. İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında 14 sentyabr 2020-ci il tarixli ABB039 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” bağlanmışdır. Həmin restrukturizasiya müqaviləsinə əsasən illik 1 % tətbiq edilməklə, 5 il müddətinə Cavabdeh2 741.40 (yeddi yüz qırx bir manat, qırx qəpik) manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Həmin öhdəliyin icrasının təminatı kimi İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında 14 sentyabr 2020-ci il tarixli ABB039 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, cavabdehlər kreditor qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdehlərin iddiaçıya hazırda 326,54 manat əsas, 2,86 manat faiz olmaqla, cəmi 329,40 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat məbləğində kredit borcları vardır. Tərəflərindən borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, məlumat verilib yazılı bildirişlər göndərilsə də, qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır.
5. Belə ki, cavabdehə, eyni zamanda Göygöl Şəhər İƏD üzrə nümayəndəliyə müvafiq bildiriş göndərilmiş, onlardan alınan məlumatdan bildirişin 02 fevral 2026-cı il tarixdə çatması müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq:
6. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
9. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ABB039 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsinə əsasən cavabdehlərin iddiaçıya hazırda 326,54 manat əsas, 2,86 manat faiz olmaqla, cəmi 329,40 (üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat məbləğində kredit borcları vardır. Cavabdeh2 güzəştli borc müqaviləsinə əsasən 741,40 manat məbləğində borcu illik 1 faiz hesablamaqla 5 (beş) il müddətinə bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin öhdəliyin icrasının təminatı kimi ”Aqrarkredit” QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli ABB039 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh Müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin restrukturizasiya müqaviləsi üzrə İddiaçı QSC-yə 326,54 (üç yüz iyirmi altı manat, əlli dörd qəpik) manat əsas, 2,86 (iki manat, səksən altı qəpik) manat faiz, cəmi 329,4(üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat borcu yaranmışdır.
10. İşdə olan 14 sentyabr 2020-ci il tarixli ABB039 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, əsas öhdəliyin təminatı kimi Cavabdeh1 əsas öhdəliyin icrası kimi zamin olmuşdur.
11. Maliyyə arayışından görünür ki, ABB039 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC-yə xx.xx.2025-ci il tarixinə 326,54 (üç yüz iyirmi altı manat, əlli dörd qəpik) manat əsas, 2,86 (iki manat, səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 329,4( üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat məbləğində kredit borcu var.
12. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir.
13. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini faiz məbləği ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor əsas borca müqavilənin şərtləri nəzərə alınmaqla faiz borcu hesablamışdır.
14. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 326,54 (üç yüz iyirmi altı manat, əlli dörd qəpik) manat əsas, 2,86 (iki manat, səksən altı qəpik) manat faiz olmaqla, cəmi 329,4(üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Belə ki iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Yekun nəticə:
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 326,54(üç yüz iyirmi altı manat, əlli dörd qəpik) manat əsas, 2,86 (iki manat, səksən altı qəpik) manat faiz olmaqla, cəmi 329,4(üç yüz iyirmi doqquz manat, qırx qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu, tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə