Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(5-124)-174/2026 18.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2185 (iki min yüz səksən beş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 41,85 (qırx bir manat, səksən beş qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 2226,85 (iki min iki yüz iyirmi altı manat, səksən beş qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, “Kia Morning” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində MİB241692 saylı müqavilə ilə "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığrtalanmışdır. xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, ** CH *** dövlət qeydiyyar nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Kia Morning” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı tərtib olunmuş qərarla “Opel Astra” markalı, ** CH *** dövlət dövlət qeydiyyat nişanlı avotomobilin sürücüsü Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Morning” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı avtomobilə 2685 (iki min altı yüz səksən beş) manat məbləğində maddi zərər dəymişdir. Qeyd edilən zərərlə bağlı "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin könüllü sığortası” müqaviləsinə əsasən “Kia Morning” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün "xxxx" ASC-yə 2185 (iki min yük səksən beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin hadisə zamanı idarə etdiyi “Opel Astra” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunmadığına görə "xxxx" ASC-nin subroqasiya qaydası üzrə pul tələbi hüququ Cavabdeh yönəldilir. Ona görə də sığorta ödənişi məbləği Cavabdeh tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” minik markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Morning” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Kia Morning” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zedələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Kia Morning” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2685 (iki min altı yüz səksən beş) manat ziyan dəymişdir. "xxxx" ASC dəymiş ziyanı aradan qaldıraraq “Kia Picanto” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2185 (iki min yüz səksən beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Opel Astra” minik markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü” üzrə sığorta olunmadığına görə 2185 manat ödəniş məbləği Cavabdeh tələb edilir. İş materiallarında olan TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 19:51-də “Opel Astra” minik markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 2025-ci il avqust ayının 20-də saat 19:51-də Cavabdeh Bakı şəhəri ərazisində “Opel Astra” minik markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-hərəkəti qaydalarını pozaraq "xxxx" ASC-yə məxsus “KİA MORNİNG” minik markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, "xxxx" ASC sığortalanmış “KİA MORNİNG” minik markalı **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 2185 (iki min yüz səksən beş) sığorta ödənişini təmir ilə əlaqədar olaraq "xxxx" ASC-nin hesabına köçürmüşdür. Kia Motors tərəfindən tərtib və təqdim edilmiş qüsur aktının surətindən görünür ki, hadisə nəticəsində zərərçəkən sığortalı ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 2685 (iki min altı yüz səksən beş) manat zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli pretenziya məktubundan görünür ki, vurulmuş zərərlə bağlı borcun ödənilməyəcəyi halda iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan AKS250701 saylı sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə cəmi 2185 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Göründüyü kimi Cavabdeh xx.xx.2025-ci il tarixdə “Opel Astra” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Kia Morning” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmiş, baş vermiş yol nəqliyyat hadisəsində “Opel Astra” minik markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli hesab edilmiş və vurduğu zərər iddiaçı tərəfindən ödənilmiş və iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmış, cavabdeh vurduğu zərərin dəyərini ödəmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 41,85 (qırx bir manat, səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 2185 (iki min bir yüz səksən beş) manat sığorta ödənişi məbləği və məhkəmə xərci olaraq 41,85 (qırx bir manat, səksən beş qəpik) manat dövlət rüsumu olmaqla cəmi 2226,85 (iki min iki yüz iyirmi altı manat səksən beş qəpik) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev İş № 2(5-124)-174/2026 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2026-cı il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:50-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:00-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(5-124)-174/2026
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-124)-174/2026
18.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver