Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(5-129)-9/2026 24.02.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2 iyul 2024-cü il tarixli, AGNPU-05697 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5968,64 (beş min doqquz yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, faiz borcuna görə 324,49 (üç yüz iyirmi dörd manat qırx doqquz qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 6293,13 (altı min iki yüz doxsan üç manat on üç qəpik) manat məbləğində pulun və 83 (səksən üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 2 iyul 2024-cü il tarixli, AGNPU-05697 saylı kredit müqaviləsinə əsasən illik 15 (on beş) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 9000 (doqquz min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3, 2.4 bəndləri). 2 iyul 2024-cü il tarixli, AGNPU-05697 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 2 iyul 2024-cü il tarixli, AGNPU-05697 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 2-dən gec olmayaraq hər ay 311,99 (üç yüz on bir manat doxsan doqquz qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 2 iyul 2024-cü il tarixli, AGNPU-05697 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5968,64 (beş min doqquz yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, faiz borcuna görə 324,49 (üç yüz iyirmi dörd manat qırx doqquz qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 6293,13 (altımin iki yüz doxsan üç manat on üç qəpik) manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdehdan 2 iyul 2024cü il tarixli, AGNPU-05697 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5968,64 (beş min doqquz yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, faiz borcuna görə 324,49 (üç yüziyirmi dörd manat qırx doqquz qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 6293,13 (altımin iki yüz doxsan üç manat on üç qəpik) manat, cəmi 6293,13 (altı min iki yüz doxsan üç manat on üç qəpik) manat pul tutulmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, iddianı qəbul edir. Belə ki, o, həqiqətən bankdan 9000 manat məbləğində kredit götürmüşdür. Əvvəl işlədiyi üçün krediti vaxtı-vaxtında ödəmişdir. Lakin hazırda işdən çıxdığı üçün ödənişlərində gecikmələr yaranmışdır. Borcunu hissə-hissə ödəməyə imkanı çatır. Göstərilənlərə dair ərizə təqdim edərək müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AGNPU-05697 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit vermişdir; xx.xx.2024-cü il tarixli sərəncam-orderdən görünür ki, 9000 manat vəsait Cavabdeh tərəfindən qəbul edilmişdir; xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2026-cı il tarixə xx.xx.2024-cü il tarixli, AGNPU-05697 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5968,64 manat əsas borcu, 324,49 manat faiz borcu olmaqla, cəmi 6293,13 manat borcu vardır; xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki tələb üzrə 83 (səksən üç) manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, AGNPU-05697 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüş, lakin kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2026-cı il tarixə banka 5968,64 manat əsas borcu, 324,49 manat faiz borcu olmaqla, cəmi 6293,13 manat borcu yaranmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də, cavabdeh öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında məsuliyyət daşımalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2 iyul 2024cü il tarixli, AGNPU-05697 nömrəli kredit müqaviləsi üzrə 5968,64 (beş min doqquz yüz altmış səkkiz manat altmış dörd qəpik) manat əsas borc, 324,49 (üç yüz iyirmi dörd manat qırx doqquz qəpik) manat faiz borcu, cəmi 6293,13 (altı min iki yüz doxsan üç manat on üç qəpik) manat vəsait, həmçinin ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2 iyul 2024-cü il tarixli, AGNPU-05697 nömrəli kredit müqaviləsi üzrə 5968,64 (beş min doqquz yüz altmış səkkiz manat altmış dörd qəpik) manat əsas borc, 324,49 (üç yüz iyirmi dörd manat qırx doqquz qəpik) manat faiz borcu, cəmi 6293,13 (altı min iki yüz doxsan üç manat on üç qəpik) manat vəsait, həmçinin ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(5-129)-9/2026
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-129)-9/2026
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver