Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(5-131)-103/2026 15.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızı, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş zərərə görə 3500 manatın və 55 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə onun icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1 və 284- 4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddiaçı "xxxx" ASC ərizədə göstərmişdir ki, "xxxx" MMC-yə məxsus olan “Hyundai Accent” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh “Shacman SX331” yük markalı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi ərazisində “Hyundai Accent” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Suraxanı rayon DYPŞ-nin “inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərarı ilə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. “Hyundai Accent” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8500 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişinə 250 manat azadolma məbləği tətbiq edildikdən sonra qalıq məbləğ 8250 manat sığortalı "xxxx" MMC-yə ödənilmişdir. Həmin məbləğin 4750 manatı təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən cəmiyyətə ödənilmişdir. İddiaçı dəymiş zərərin 4750 manatının təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən ödənildiyini bildirərək, cavabdehdən 3500 manatın tutulmasını xahiş etsə də, 4750 manatın "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməsinə dair sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdehin sığortaçısı tərəfindən ödənilmiş məbləğin həqiqətən 4750 manat olması iş materialları ilə müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsasını təşkil edən sənədləri təqdim etmədiyindən, ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməli və ərizəçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3--cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 284-1, 284-4, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №e-2(5-131)-103/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-131)-103/2026
15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver