Məhkəmə qərarları › İş №e-2(5-131)-473/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-131)-473/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(5-131)-473/2026 17.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 9180 manat əsas borc, 625 manat faiz, 150 manat cərimə pulu olmaqla, ümumilikdə 9955 manat borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehə qarşı 9180 manat əsas borc, 625 manat faiz, 150 manat cərimə pulu olmaqla, ümumilikdə 9955 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 29,60 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 29,60 manat dövlət rüsumu ödənilmiş, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanunun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 9955 manat, həmin hissəsiyə mütənasib olaraq ödənilməli olan dövlət rüsumu isə 119,55 manat təşkil edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddia ərizəsinin məhkəmə icraatının mümkün olması üçün iddia ərizəsi qanunvericiliyin qeyd olunan normalarının tələblərinə uyğun olaraq tərtib edilməli, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməlidir. Lakin hazırkı mübahisə üzrə göstərilən normanın tələblərinə zidd olaraq iddiaçı tərəfindən dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilməmiş, həmçinin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsi hüququnun olması bildirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 112, 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 9180 manat əsas borc, 625 manat faiz, 150 manat cərimə pulu olmaqla, ümumilikdə 9955 manat borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsi hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar