Məhkəmə qərarları › İş №e-2(5-131)-732/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-131)-732/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(5-131)-732/2026 12.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 750 manat əsas borc, 104,42 manat faiz, 24,45 manat cərimə pulu olmaqla, ümumilikdə 878,87 manat borcun tutulması tələbi barədə kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehə qarşı 750 manat əsas borc, 104,42 manat faiz, 24,45 manat cərimə pulu olmaqla, ümumilikdə 878,87 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə və ona əlavə edilən sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədə ərizənin verildiyi məhkəmənin adı Suraxanı Rayon Məhkəməsi qeyd edilmiş, iddia ərizəsində cavabdeh kimi X1 göstərilmiş, tələbin əsaslığını təsdiq edən sənədlərdə Cavabdeh adı qeyd edilmiş, Cavabdeh yaşayış yeri və ya olduğu yer, mobil telefon nömrələri, elektron poçt ünvanı, şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir; 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 284-3.2-ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.3-cü maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir; 284-3.5 -ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəmə icraatının mümkün olması üçün iddia ərizəsi qanunvericiliyin qeyd olunan normalarının tələblərinə uyğun olaraq tərtib edilməlidir. Lakin hazırkı mübahisə üzrə göstərilən normanın tələblərinə zidd olaraq iddiaçı tərəfindən cavabdeh kimi X1 göstərilmiş, tələbin əsaslığını təsdiq edən sənədlərdə Cavabdeh adı qeyd edilmiş, ərizədə ərizənin verildiyi məhkəmənin adı Suraxanı Rayon Məhkəməsi qeyd edilmiş, Cavabdeh yaşayış yeri və ya olduğu yer, mobil telefon nömrələri, elektron poçt ünvanı, şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməmişdir. Məhkəmə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəni iş materialları ilə birlikdə tədqiq edərək yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi qanunvericiliyin qeyd olunan normalarının tələblərinə uyğun tərtib edilmədiyindən, yəni iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün iddiaçı tərəfindən xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu da qaytarılmalıdır. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməsi hüququnun olması bildirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 750 manat əsas borc, 104,42 manat faiz, 24,45 manat cərimə pulu olmaqla, ümumilikdə 878,87 manat borcun tutulması tələbi barədə kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməsi hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar