Məhkəmə qərarları › İş №e-2(5-132)-109/2026

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-132)-109/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(5-132)-109/2026 24.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 198,5 manat əsas, 83,5 manat faiz – cəmi 282 manat borc məbləği və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında elektron qaydada 02 dekabr 2023-cü il tarixli, **********30 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh 21 (iyirmi bir) gün müddətinə, illik 540 %, günlük faiz dərəcəsi 1,50 %, olmaqla 200 (iki yüz) AZN məbləğdə kredit verilib. Müqavilənin 3-cü maddəsinə əsasən, müqavilədən irəli gələn öhdəliklər borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu Müqavilə üzrə hüquqları (tələbləri) borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə yönləndirmək hüququna malikdir. BOKT "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 01/08 saylı “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh BOKT "xxxx" MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları İddiaçı MMCyə ötürülmüşdür. Cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh 02 dekabr 2023cü il tarixli, **********30 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə əsas borcun məbləği 198,5 manat, kredit üzrə faiz borcunun məbləği 83,5 manat, olmaqla, cəmi 282 manat təşkil edir. 02 dekabr 2023-cü il tarixli, **********30 nömrəli kredit müqaviləsinin 5-ci maddəsinin 5.1-ci bəndinə əsasən, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 1,75 % həcmində faiz tələb etmək hüququna malikdir. Həmin kredit müqaviləsinin 4.8-ci maddəsinə əsasən, BOKT-un kredit məbləğinin qaytarılması və / və ya kredit məbləğinə hesablanmış faizlərin ödənilməsi üzrə öhdəliklərin icra olunmaması və ya lazımi səviyyədə icra olunmaması halında, həmçinin borcalanın hazırkı müqavilə üzrə öhdəliklərinin icra olunmamasının və ya lazımı səviyyədə icra olunmamasının digər halları baş verdikdə, kreditor borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə qanunda nəzərdə tutulan tədbirlər görür. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanmışdır. Buna baxmayaraq cavabdeh öz öhdəliklərini icra etməmişdir. İddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. İddiaçı cavabdehdən 198,5 manat əsas borc və 83,5 manat faiz borcu olmaqla, cəmi 282 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 29 yanvar 2026-cı il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 02 dekabr 2023-cü il tarixli **********30 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən cavabdehə 21 gün müddətinə, günlük faiz dərəcəsi 1,5 %, illik faiz dərəcəsi 540 %, günlük faiz məbləği 3 manat olmaqla 200 manat kredit verilmişdir. Kreditin son ödəniş tarixi 23 dekabr 2023-cü ildir. - 06 avqust 2025-ci il tarixli 01/08 nömrəli tələb hüquqlarının güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, BOKT "xxxx" MMC-nin müqavilələr üzrə tələb hüququ İddiaçı MMC-yə keçmişdir. - 11 dekabr 2025-ci il tarixli bildirişin surətindən müəyyən edilir ki, cavabdehdən 02 dekabr 2023-cü il tarixli **********30 nömrəli kredit müqaviləsi üzrə 11 dekabr 2025-ci il tarixə yaranmış 282 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda borc məbləğinin tam şəkildə qaytarılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi proseduralar həyata keçiriləcəyi izah edilmişdir. - 11 dekabr 2025-ci il tarixli 114 280 nömrəli arayışın surətindən müəyyən edilir ki, cavabdehin 11 dekabr 2025-ci il tarixə 02 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 198,5 manat əsas, 83,5 manat faiz, cəmi 282 manat borcu yaranmışdır. - 26 yanvar 2026-cı il tarixli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında 02 dekabr 2023-cü il tarixli **********30 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən BOKT "xxxx" MMC tərəfindən cavabdehə 21 gün müddətinə, günlük faiz dərəcəsi 1,5 %, illik faiz dərəcəsi 540 %, günlük faiz məbləği 3 manat olmaqla 200 manat kredit verilmişdir. Kreditin son ödəniş tarixi 23 dekabr 2023-cü ildir. BOKT "xxxx" MMC-nin müqavilələr üzrə tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə 06 avqust 2025-ci il tarixli 01/08 nömrəli tələb hüquqlarının güzəşt edilməsinə dair müqavilə bağlanılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Cavabdehdən 02 dekabr 2023-cü il tarixli **********30 nömrəli kredit müqaviləsi üzrə 11 dekabr 2025-ci il tarixə yaranmış 282 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda borc məbləğinin tam şəkildə qaytarılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi proseduralar həyata keçiriləcəyi izah edilmişdir. Buna baxmayaraq cavabdeh borc məbləğini ödəməmişdir. İddiaçı cavabdehdən kredit müqaviləsinə əsasən 198,5 manat əsas, 83,5 manat faiz – cəmi 282 manat pul vəsaitinin və 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 198,5 manat əsas, 83,5 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 312 manat məbləği alınaraq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 198,5 manat əsas, 83,5 manat faiz və 30 manat dövlət rüsumu olmaqla cəmi 312 (üç yüz on iki) manat borc məbləği alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar