Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(5-135)-58/2026 03.03.2026 QAX RAYON MƏHKƏMƏSİ Qax rayon Məhkəməsinin hakimi Mirzəzadə Asim Vilayət oğlu, İddiaçı BOKT MMCnin Cavabdeh qarşı «pul tələbi» nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı BOKT MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********002 saylı mikrokredit müqaviləsinə əsasən borcalanın sorğusu əsasında və onun verilmiş mikro kredit məbləğini ödəmə qabiliyyətini nəzərə alaraq, mümkün kredit limiti çərçivəsində cavabdehə şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci yarımbəndinə əsasən borcalan müqavilənin şərtlərinə uyğun olaraq verilmiş mikro kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Həmin müqavilənin 1.13-cü bəndinə görə, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,6%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 163 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2025-ci il tarixli, **********002 saylı müqavilə üzrə 500 manat əsas borcu, 207 manat faiz, 80 manat komissiya və 163 manat cərimə borcu olmaqla, cəmi 950 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı “SF X2 Kredit Təşkilatı” MMC-nin xeyrinə 500 manat əsas, 207 manat faiz, 80 manat komissiya və 163 manat cərimə borcu olmaqla, cəmi 950 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********002 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 60,85% hesablanması şərti ilə 01 ay müddətinə, 500 manat məbləğində kredit verilmişdir.
8. İş materiallarında olan İddiaçı BOKT MMC tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC-yə 500 manat əsas, 207 manat faiz, 80 manat komissiya haqqı və 163 manat cərimə borcu olmaqla, ümumilikdə 950 manat məbləğində borcu vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, **********002 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı BOKT sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə kredit təşkilatına borcu yaranmışdır.
c) Məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır.
15. Mülki qanunvericiliyinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllə maddə 743.1).
16. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
17. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
18. Həmçinin mülki qanunvericiliyə əsasən kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir : borcverənin adı və ünvanı; borcalanın adı və ünvanı; kreditin məbləği və valyutası; kreditin qaytarılma müddəti və ödəniş şərtləri; kreditin təyinatı; kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat.
19. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş kredit müqaviləsi bağlanmışdır.
20. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 30 gün müdətinə, illik 60.85% faiz dərəcəsi ilə, xx.xx.2025-ci il tarixədək 500 manat məbləğində kredit verilmişdir.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il Qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
22. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.
23. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
24. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, **********002 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu yaranmışdır.
25. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı BOKT MMC cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
26. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2025-ci il tarixli, **********002 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 500 manat ödənilməsi tələbini əsaslı hesab edir.
27. İddiaçı cavabdehdən onun xeyrinə 500 manat əsas borcdan əlavə 207 manat faiz borcunun tutulması tələbini irəli sürmüşdür.
28. Müqavilənin xüsusi şərtlərindən görünür ki, verilmiş kredit məbləğindən istifadəyə görə haqq verilmiş kredit məbləğinin təqdim olunması və istifadəsinə görə borcalan tərəfindən BOKT-a müəyyən olunmuş müddət ərzində ödənilən, verilmiş kreditdən istifadəyə görə ödənilməli olan faiz və ya haqdan ibarətdir.
29. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********002 saylı kredit müqaviləsində kredit müqaviləsindən istifadəyə görə haqq 207 manat faiz müəyyən edilmişdir. Məhkəmə mülki qanunvericiliyin kredit müqaviləsinə dair normalarını nəzərə alaraq iddiaçının cavabdehdən kredit məbləğindən istifadəyə görə haqq (faiz) tutulmasına dair tələbini əsaslı hesab edir.
30. Həmçinin İddiaçı BOKT MMC Cavabdeh 163 manat cərimə borcunun tutulması tələbini irəli sürmüşdür.
31. “Müqavilənin ümumi şərtləri”nin 2.2-ci bəndində qeyd olunur ki, borcalanın öhdəliklərindən biri də müqavilənin şərtlərinə uyğun verilmiş kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmaqdır.
32. Həmin müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.6%-i həcmində faiz tələb etmək hüququna malikdir.
33. İddia ərizəsinin təsviri hissəsindən görünür ki, iddiaçı cavabdehdən 163 manat məbləğində cərimə tutulması tələbini müqavilənin qeyd edilən bəndinə istinad etməklə irəli sürmüşdür.
34. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
35. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 163 manat təşkil edən cərimə məbləğinin 30 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
36. İddiaçı həmçinin Cavabdeh 80 manat komissiya haqqı tutulması tələbini irəli sürmüşdür.
37. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********002 saylı kredit müqaviləsinin xüsusi şərtlərində 80 manat məbləğində pul vəsaiti verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği olaraq müəyyən edilmişdir.
38. Həmin müqavilənin “verilmiş kredit məbləği üzrə xidmət haqqının miqdarı” adlı qrafasına əsasən müəyyən edilmişdir ki, həmin məbləğ qeyd edilən xidmətlərə görə müəyyən edilmmişdir: borcalanın ödəmə qabiliyyətinə və maliyyə davranışına keçmiş məlumatlara və digər məlumatlara əsaslanaraq və Borcalanın xidmət tələblərinə əsasən verilmiş kredit məbləği üzrə xidmət aşağıdakı hərəkətləri əhatə edə bilər, lakin bunlarla məhdudlaşmır: borcalanın onun ödəmə qabiliyyətinin daxili və xarici qiymətləndirilməsi; borcalanın ödənişlərinin, ödənilməmiş məbləğlərin və hər hansı ödəniş tarixlərinin uçotu, izlənməsi və üzləşdirilməsi; istənilən məsələ və ya rəylə bağlı dəstək üçün borcalan ilə əlaqə; kredit limitinin artırılması və ya azadılması üçün təklif və ya tələb; kreditin ödənilməməsi hallarında standart həllər; kreditin restrukturizasiyasına dair təkliflər və yardım; borcalanın ödənişlərini asanlaşdırmaq və sürətləndirmək üçün banklarla qarşılıqlı əlaqə vəs.
39. Məhkəmə tərəflər arasında bağlanılmış müqavilənin cavabdehdən “verilmiş kredit məbləği üzrə xidmət haqqı”nın məbləği qismində 80 manat tutulmasına dair şərti ilə bağlı aşağıdakıları qeyd edir.
40. İlk növbədə, tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinin şərtlərindən görünür ki, tərəflər arasında qısa müddətli kredit müqaviləsi bağlanılaraq, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixə 500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin şərtlərindən görünür ki, kredit müqaviləsi illik 60.85 faiz dərəcəsi ilə, verilmiş kredit məbləğindən istifadəyə görə haqq qismində 207 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq, faizlə 45% olaraq müəyyən edilmişdir.
41. Göründüyü kimi qısa müddət ərzində verilmiş kreditə görə bir neçə əsas ilə verilmiş kreditin məbləğinə tənasübsüz olan əlavə xərclər müəyyən edilmişdir.
42. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu X1 şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, standart şərtli müqavilələrdə vətəndaş (fiziki şəxs) iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Mülki Məcəllənin 420-ci maddəsi ilə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərindən etibarsız hesab edilənlər müəyyən edilmişdir. Belə etibarsız hesab edilən şərtlərdən biri də Mülki Məcəllənin 420.1.5-ci maddəsində göstərilmişdir. Qeyd edilən maddəyə görə, təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsız sayılır.
44. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həm kreditdən istifadəyə görə müəyyən edilmiş haqq, həm ödənişlərin gecikdirilməsinə görə cərimə hesablanmaqla yanaşı, həmçinin cavabdehə göstəriməsi sübut olunmayan xidmətlərə görə əlavə vəsait tələb edilir.
45. Məhkəmə qeyd edir ki, ümumiyyətlə həmin “verilmiş kredit məbləği üzrə xidmət haqqının miqdarı”nın müəyyən edilməsi üçün müqavilədə nəzərədə tutulmuş xidmətlərin göstərilməsi iddiaçının göstərdiyi fəaliyyətdən irəli gələn xidmətlərdir. Həmin xidmətlərə görə, yəni öz vəzifəsinin icrası üçün cavabdehdən əlavə xərc tutulması hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
47. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).
48. Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi).
49. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar).
50. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, müqavilənin qeyd edilən şərti mülki qanunvericiliyə, o cümlədən vicdanlılıq prinsipinə zidd olduğundan etibarsız şərtdir.
51. Beləliklə, iddiaçı “”SF Azerbaijan” BOKT MMC-nin iddia tələbi cavabdehdən 80 manat komissiya haqqının tutulmasına dair hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
52. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı BOKT MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
53. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
54. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2025-ci il tarixli, **********002 saylı kredit müqaviləsi üzrə 500 manat əsas, 207 manat faiz, 30 manat cərimə borcu olmaqla, cəmi 737 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı BOKT MMC-nin hesabına ödənilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat əsas, 207 (iki yüz yeddi) manat faiz, 30 (otuz) manat cərimə borcu, ümumilikdə 737 (yedi yüz otuz yeddi) manat məbləğində pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı BOKT MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Asim Mirzəzadə