Məhkəmə qərarları › İş №e-2(5-137)-44/2026

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-137)-44/2026

03.03.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(5-137)-44/2026 03.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X2 katibliyi ilə, iddiaçı Məmmədova Sevı̇ l Məhəmməd qızı və cavabdeh Rəsulov Tahı̇ r Nadı̇ r oğlunun iştirakı ilə, iddiaçı Məmmədova Sevı̇ l Məhəmməd qızının cavabdeh Rəsulov Tahı̇ r Nadı̇ r oğluna qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbi barədə ərizəsinə dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məmmədova Sevı̇ l Məhəmməd qızı cavabdeh Rəsulov Tahı̇ r Nadı̇ r oğluna qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********65: Qeydiyyat tarixi: xx.xx.2012-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən xüsusi mülkiyyətində olan **********65 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,079 ha yaşayış məntəqələri torpaq sahəsinin istifadəsinə törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məmmədova Sevı̇ l Məhəmməd qızı izahatında göstərmişdir ki, mülkiyyətində olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,079 ha yaşayış məntəqələri torpaq sahəsi ilə bağlı Rəsulov Tahı̇ r Nadı̇ r oğlu ilə aralarında yaranmış mübahisə artıq məhkəmədənkənar qaydada həll edilmişdir. Ona görə də, ərizə verib iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “X3” AR Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı Məmmədova Sevı̇ l Məhəmməd qızının cavabdeh Rəsulov Tahı̇ r Nadı̇ r oğluna qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbi barədə iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçı Məmmədova Sevı̇ l Məhəmməd qızı tərəfindən ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu iddiaçının hesabına qaytarılmalıdır. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Məmmədova Sevı̇ l Məhəmməd qızının cavabdeh Rəsulov Tahı̇ r Nadı̇ r oğluna qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbi barədə ərizəsi geri qaytarılsın. Məmmədova Sevı̇ l Məhəmməd qızı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar