Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(5-140)-33/2026 21.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı qzının Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, aliment məbləğinin artırılaraq 260 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı qzının Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(5-140)-33/2026
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-140)-33/2026
21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver