Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(5-143)-26/2026 25.02.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3444,99 (üç min dörd yüz qırx dörd manat doxsan doqquz qəpik) manat əsas borc və 1164,1 (min yüz altmış dörd manat on qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4609,09 (dörd min altı yüz doqquz manat doqquz qəpik) manat borc və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor (“Borcverən”) "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02788- 2025-01 (“Müqavilə”) saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 36% ödəmək şərtilə 5820 (beş min səkkiz yüz iyirmi) manat məbləğində kredit limiti ayrılmışdır və “Borcverən” həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023cü il tarixdə “Borcalan” Cavabdeh1 kredit xətti daxilində xx.xx.2023-cü il tarixli 274 №-li ödəniş tapşırığı əsasında 5820 (beş min səkkiz yüz iyirmi) manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 02788-2025-01/Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış “Müqavilə”nin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən “Borcverən” müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə “Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə “Borcalan” və zamini ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, borcalan və zamini tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün “Borcalan” və zamini ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra heç bir ödəniş olmamışdır. Bir neçə dəfə xəbərdarlıq məktubu göndərilsə də “burda yaşamır” səbəbi ilə məktublar geri qaytarılmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 92 №-li xəbərdarlıq məktubu ilə “Borcalan”na və xx.xx.2025-ci il tarixli 93 №-li xəbərdarlıq məktubu ilə zamin Cavabdeh2 rəsmi xəbərdarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 11 (on bir) gün vaxt verilmişdir. Bu məktub da “köçüb” səbəbi ilə geri qaytarılmışdır. Nəticə olaraq borclu tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Borcalan”nın “Müqavilə” üzrə “Borcverən”ə borcu əsas borc üzrə 3444,99 (üç min dörd yüz qırx dörd manat doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 1164,1 (min yüz altmış dörd manat on qəpik) manat olmaqla, cəmi 4609,09 (dörd min altı yüz doqquz manat doqquz qəpik) manat borcu vardır. Kreditor “Borcverən” tərəflər arasında bağlanmış müqavilənin 7.1 və 7.2-ci bəndlərinə əsasən öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02788-2025-01 saylı kredit müqaviləsindən görünür ki, Bank borcluya istehlak məqsədləri üçün illik 36% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5820 (beş min səkkiz yüz iyirmi) manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02788-2025-01/Z saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 02788- 2025-01 saylı kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 02788-2025-01 saylı kredit müqaviləsi üzrə «Hacı Kredit İttifaqı” MMC-yə 3444,99 (üç min dörd yüz qırx dörd manat doxsan doqquz qəpik) manat əsas borc və 1164,1 (min yüz altmış dörd manat on qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4609,09 (dörd min altı yüz doqquz manat doqquz qəpik) manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçı "xxxx" MMC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3444,99 (üç min dörd yüz qırx dörd manat doxsan doqquz qəpik) manat əsas borcun və 1164,1 (min yüz altmış dörd manat on qəpik) manat faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02788- 2025-01 saylı kredit müqaviləsi üzrə 3444,99 (üç min dörd yüz qırx dörd manat doxsan doqquz qəpik) manat əsas borc və 1164,1 (min yüz altmış dörd manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 4609,09 (dörd min altı yüz doqquz manat doqquz qəpik) manat borc və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3444,99 (üç min dörd yüz qırx dörd manat doxsan doqquz qəpik) manat əsas borc və 1164,1 (min yüz altmış dörd manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 4609,09 (dörd min altı yüz doqquz manat doqquz qəpik) manat borc və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(5-143)-26/2026
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-143)-26/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver