Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-100/2026 13.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddia işləri üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi̇ : İddiaçı ASC-nin Cavabdeh qarşı qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddia işləri üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə xx.xx.2026-cı il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. Göründüyü kimi cavabdeh şəxs iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən 2 il 06 ay əvvəl vəfat etmişdir. Bununla da Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri tam şəkildə yerinə yetirilmədən iddiaçı tərəfindən ölmüş şəxsə qarşı iddia qaldırılmışıdır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzlə iddiaçı məhkəməyə maraciət etmək üçün müvafiq olaraq 30 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddia işləri üzrə sadələşdirilmiş icraat qaydasında geri qaytarılsın. xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(5-144)-100/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-100/2026
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver