Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(5-144)-115/2026 12.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya tutulması tələbinə» kiçik iddialara dair qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya tutulması tələbinə» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 4090 (dörd min doxsan) manat və ödənilmiş 61 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh qızı iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC-yə məxsus olan “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli, M0389/19_1 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh (bundan sonra Cavabdeh) “Mercedes Benz E220” minik markalı, 90TD533 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binə-Suraxanı yolunda “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Suraxanı rayon DYPŞ-nin “İnzibati xəta haqqında” AP seriya ******* nömrəli protokolu və “İnzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli qərarı ilə Cavabdeh AR İXM-nin 327.2-ci maddəsinin törədilməsində təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8280 (səkkiz min iki yüz səksən) manat məbləğində müəyyən edilmiş, sığorta ödənişinə 100 manat məbləğində azadolma tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli, MCL- 097/20 saylı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: sığorta ödənişinə dair Akta və xx.xx.2020-ci il tarixli, **********0 saylı ödəniş tapşırığına əsasən məlum olur ki, Sığortalı avtomobilə dəyən zərər məbləği "xxxx" MMC-yə "xxxx" ASC tərəfindən tam həcmdə, yəni 8180 (səkkiz min yüz səksən) manat ödənilmişdir. Baş vermiş sığorta hadisəsində "xxxx" ASC tərəfindən sığortalı olan “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 də təqsirli olmuşdur. Sonuncu barəsində “İnzibati xəta haqqında” AP № ******* saylı protokol və “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli qərarla AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 (altmış) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Dəyən zərər məbləğindən 4090 (dörd min doxsan) manat məbləğində vəsait təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. "xxxx" MMC-yə məxsus olan “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli, M0389/19_1 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh (bundan sonra Cavabdeh) “Mercedes Benz E220” minik markalı, 90TD533 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binə-Suraxanı yolunda “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Suraxanı rayon DYPŞ-nin “İnzibati xəta haqqında” AP seriya ******* nömrəli protokolu və “İnzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli qərarı ilə Cavabdeh AR İXM-nin 327.2-ci maddəsinin törədilməsində təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8280 (səkkiz min iki yüz səksən) manat məbləğində müəyyən edilmiş, sığorta ödənişinə 100 manat məbləğində azadolma tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli, MCL- 097/20 saylı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: sığorta ödənişinə dair Akta və xx.xx.2020-ci il tarixli, **********0 saylı ödəniş tapşırığına əsasən məlum olur ki, Sığortalı avtomobilə dəyən zərər məbləği "xxxx" MMC-yə "xxxx" ASC tərəfindən tam həcmdə, yəni 8180 (səkkiz min yüz səksən) manat ödənilmişdir. Baş vermiş sığorta hadisəsində "xxxx" ASC tərəfindən sığortalı olan “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 də təqsirli olmuşdur. Sonuncu barəsində “İnzibati xəta haqqında” AP № ******* saylı protokol və “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli qərarla AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 (altmış) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Dəyən zərər məbləğindən 4090 (dörd min doxsan) manat məbləğində vəsait təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən "xxxx" ASC tərəfindən ödənilmişdir. Cavabdehə həm pretenziya, həm də şifahi qaydada müraciət edilsə də, ödənişi ödəməkdən imtina etmişdir. Həmçinin cavabdeh polis orqanına cavabda bildirmişdir ki, özünə məxsus mal-qaranı yolun asfalt hissəsində, yəni hərəkət hissəsində otaran zaman yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilin müxtəlif hissələrinə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus olan “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli, M0389/19_1 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh məxsus “Mercedes Benz E220” minik markalı, 90TD533 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binə-Suraxanı yolunda “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Suraxanı rayon DYPŞ-nin “İnzibati xəta haqqında” AP seriya ******* nömrəli protokolu və “İnzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli qərarı ilə Cavabdeh AR İXM-nin 327.2-ci maddəsinin törədilməsində təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8280 (səkkiz min iki yüz səksən) manat məbləğində müəyyən edilmiş, sığorta ödənişinə 100 manat məbləğində azadolma tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli, MCL-097/20 saylı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: sığorta ödənişinə dair Akta və xx.xx.2020-ci il tarixli, **********0 saylı ödəniş tapşırığına əsasən məlum olur ki, Sığortalı avtomobilə dəyən zərər məbləği "xxxx" MMC-yə "xxxx" ASC tərəfindən tam həcmdə, yəni 8180 (səkkiz min yüz səksən) manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən sığortalı olan “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 də təqsirli olmuşdur. Sonuncu barəsində “İnzibati xəta haqqında” AP № ******* saylı protokol və “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli qərarla AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 (altmış) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Dəyən zərər məbləğindən 4090 (dörd min doxsan) manat məbləğində vəsait təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən "xxxx" ASC tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, «Atəşgah” Sığorta Şirkəti ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus olan “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli, M0389/19_1 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh (bundan sonra Cavabdeh) “Mercedes Benz E220” minik markalı, 90TD533 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binə- Suraxanı yolunda “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Suraxanı rayon DYPŞ-nin “İnzibati xəta haqqında” AP seriya ******* nömrəli protokolu və “İnzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli qərarı ilə Cavabdeh AR İXM-nin 327.2-ci maddəsinin törədilməsində təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8280 (səkkiz min iki yüz səksən) manat məbləğində müəyyən edilmiş, sığorta ödənişinə 100 manat məbləğində azadolma tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli, MCL-097/20 saylı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: sığorta ödənişinə dair Akta və xx.xx.2020-ci il tarixli, **********0 saylı ödəniş tapşırığına əsasən məlum olur ki, Sığortalı avtomobilə dəyən zərər məbləği "xxxx" MMC-yə "xxxx" ASC tərəfindən tam həcmdə, yəni 8180 (səkkiz min yüz səksən) manat ödənilmişdir. Baş vermiş sığorta hadisəsində "xxxx" ASC tərəfindən sığortalı olan “Nissan Sentra” markalı, 10PS210 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 də təqsirli olmuşdur. Sonuncu barəsində “İnzibati xəta haqqında” AP № ******* saylı protokol və “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli qərarla AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 (altmış) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Dəyən zərər məbləğindən 4090 (dörd min doxsan) manat məbləğində vəsait təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən "xxxx" ASC tərəfindən ödənilmişdir. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 4090 manat və ödənilmiş 61 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 4090 manat və ödənilmiş 61 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(5-144)-115/2026
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-144)-115/2026
12.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver