Məhkəmə qərarları › İş №e-2(5-144)-192/2026

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-144)-192/2026

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Lənkəran şəhəri İş № e-2(5-144)-192/2026 10.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSI Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və iddiaçı İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul tələbinə» dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli borc müqaviləsinə əsasən cavabdeh Cavabdeh ümumilikdə 2633,00 (iki min altı yuz otuz üç) manat, bununda 1987,00 (bir min doqquz yüz səksən yeddi) manat aldığı notbukun pulu, 600 manat vəkilə ödənilmiş rusumun pulu və 46 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sahibkar İddiaçı və cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə istehlak malların alınması məqsədi ilə 18 (on səkkiz) ay müddətinə 2340,00 (iki min üç yüz qırx) manat məbləğində borc qalmaqla məişət avadanlığı verilmişdir. Borc müqaviləsinin 1.1ci bəndinə əsasən bu müqaviləyə görə “Borc verən" “Borcalan”a 2340,00 (iki min üç yüz qırx) manat məbləğində “HP VİCTUS 15 FA 1093” modelli SN:5CD3524JH2 notbuku maliyyə şərti kimi borca verilmişdir. Borcalan bu müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan noutbuku aldığı zaman ilkin ödəniş kimi 200,00 manat ödəniş etmişdir. Həmin müqavilənin 1.2-ci bəndində həmin borc pulu borcalana fazissiz şərtlə borca vermişdir. Bu Müqavilənin 2.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə borcu qaytarmağı və ya borc verənin hesabına köçürməyi öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə borc verən tərəflər arasında meydana gələn mübahisələri danışıqlar vasitəsilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaqdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə ##.##.2025-ci il tarixli, bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Borc verən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən müqavilədə göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Borc verənin fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, borc verən İddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olara bildirmişdi ki, iddiaçı Qala Xiyabanında elektron məhsulların satışı üzrə sahibkardır. Cavabdeh “HP VİCTUS 15 FA 1093” modelli SN:5CD3524JH2 notbuku 12 ay faizsiz kereditlə almışdır. Lakin ilk ödəniş hesab olunan 200 manat istisna olmaqla başqa heç bir məbləği ödəməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş ## #### 2025-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən (iş üzrə iddiaçı) müqavilənin predmeti olan 2140 manat məbləğində mağazadan alınan “HP VİCTUS 15 FA 1093” modelli SN:5CD3524JH2 notbuku borcalana (iş üzrə cavabdeh) qaytarılmaq şərti ilə maliyyə şərti kimi borca vermişdir. Borcalan isə “HP VİCTUS 15 FA 1093” modelli SN:5CD3524JH2 notbuku həmin müqavilənin şərtləri əsasında geri qaytarmağı öz üzərinə götürmüşdür. Borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği faizsiz borc kimi borcalana vermişdir. Bu müqavilə borcalan tərəfindən borcun tam həcmdə qaytarıldığı ##.##.2026cı il tarixinə kimi qüvvədə qalır. İş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən cavabdehə göndərilən məktubdan görünür ki, Vəkil Cavabdeh sahibkar İddiaçı olan 1987 manat borcu 3 iş günü ərzində ödənilməsini tələb etmişdir. ##.##.2025-ci il tarixli ödəniş planından görünür ki, müqavilə üzrə cavabdeh Cavabdeh ödəməli olduğu məbləğ 2140 manatdır. Ödəniş planının sonunda nümayəndə İddiaçı və müştəri Cavabdeh həmin sənədi öz imzaları ilə təsdiqləmişdir. ##.##.2025-ci il tarixli EM-****VK-*****/** saylı “Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən, İddiaçı hüquqi yardıma görə 600 manat odəməlidir. ##.##.2025-ci il tarixli 2630215356 əməliyyat nömrəli qəbzdən Lənkəran rayon Vəkil Bürosuna 601,00 AZN ödənildiyi görünür. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə pulun iddiaçıya verilməməsindəm irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 578.1.-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında notbukun alqı-satqısına dair müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən iddiaçıya həmin alğı-satqı ilə əlaqadar 2140 manat ödənilməli idi. Cavabdeh öz üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdeh tərəfindən həmin pul vəsaitinin iddiaçıya ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə notbuk verilsə də cavabdeh ## #### 2025-ci il tarixli borc müqaviləsi əsasında öhdəliyini yerinə yetirməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 1987 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı oğluna ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1 maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı İddiaçı oğlu tərəfindən iş üzrə hüquqi yardım göstərilməsinə görə 600 manat xidmət haqqı və 46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin xərcə dair 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı oğluna ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli borc müqaviləsi üzrə 1.987 (bir min doqquz yüz səksən yeddi) manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənmiş xərcə dair 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 (qırx altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar