Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(5-144)-336/2026 10.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Murquzov Elmir İlqar oğlu iddiaçı «Bank Standart QSC» KB-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqviləsi üzrə mübahisələr» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Bank Standart QSC» KB pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə 384,76 manat məbləğində əsas borc, 48,50 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu, cəmi 433,26 manat borcunun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB (bundan sonra - Bank) ilə Cavabdeh1 (bundan sonra - Cavabdeh) arasında ‘Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM022000905 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır.xx.xx.2014-cü il tarixli, 1xx/xx/62962/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 406,34 (dörd yüz altı manat, 34 qəpik) manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür (müqavilənin 2.1-ci bəndi).Müqavilə üzrə faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır (müqavilənin 1.1.9cu bəndi).Restruktrizasiya müqaviləsi 36 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur (müqavilənin 3.8-ci bəndi).Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli, LM022000905 saylı zaminlik müqavilsi rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən Cavabdeh2 öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdələrinə götürmüşdürlər.Lakin cavabdehlər öz üzərlərinə götürdükləıri kredit öhdəliklərini lazımınca icra etməmişlər və bunun nəticəsində xx.xx.2025-ci il tarixinə Banka 384,76 manat məbləğində əsas borc, 48,50 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu, cəmi 433,26 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh X1 məhkəmə bildirişi və iddia ərizəsi xx.xx.2026-cı il tarixdə elektron kabinetə yerləşdirməklə çatdırılsa da, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını göndərməmişdir. Cavabdeh2 qeydiyyat yeri olan ünvan 1 ünvanına bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmişdir. 09 fevral 2026-cı il tarixdə Lənkəran rayon Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM022000905 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli, 1xx/xx/62962/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 406,34 (dörd yüz altı manat, 34 qəpik) manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür (müqavilənin 2.1ci bəndi).Müqavilə üzrə faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır (müqavilənin 1.1.9-cu bəndi).Restruktrizasiya müqaviləsi 36 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur (müqavilənin 3.8-ci bəndi). Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli, LM022000905 saylı zaminlik müqavilsi rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən Cavabdeh2 öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdələrinə götürmüşdürlər.Lakin cavabdehlər öz üzərlərinə götürdükləıri kredit öhdəliklərini lazımınca icra etməmişlər və bunun nəticəsində xx.xx.2025-ci il tarixinə Banka 384,76 manat məbləğində əsas borc, 48,50) manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu, cəmi 433,26 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM022000905 saylı kredit müqaviləsinə əsasən 24 10.2025-ci il tarixinə yaranmış ümumilikdə 433.26 manat borc qalmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi Cavabdeh1 xx.xx.2020-ci il tarixli, LM022000905 saylı restrukturizasiya müqaviləsinə əsasən iddiaçının qarşısında maddi məsuliyyət daşıyır. Belə ki, Cavabdeh2 istifadə etdiyi kreditə görə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM022000905 nömrəli zaminlik müqaviləsi 36 ay müddətinə bağlanmaqla müqavilənin 8-ci bəndindən göründüyü kimi, həmin müqavilənin kredit (restrukturizasiya) müqaviləsi üzrə əsas öhdəliklər tam şəkildə yerinə yetirilməsinə qədər qüvvədə qaldığı qeyd olunmuşdur. Bu baxımdan həmin müddət ərzində iddiaçının zaminə qarşı tələb hüququ da saxlanılmışdır. İş materialları ilə sübut olunur ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, LM022000905 saylı restrukturizasiya müqaviləsi üzrə borcun tam şəkildə ödənilməsinə görə Cavabdeh1 ilə birgə maddi məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2020-ci il tarixli, LM022000905 saylı restrukturizasiya müqaviləsi üzrə 384,76 manat məbləğində əsas borc, 48,50 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borc, cəmi 433,26 manat məbləğində pul və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 384,76 manat məbləğində əsas borc, 48,50 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borc, cəmi 433,26 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir Murquzov
Məhkəmə qərarları › İş №e-2(5-144)-336/2026
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-144)-336/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver