Məhkəmə qərarları › İş №e-2(5-144)-410/2026

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-144)-410/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(5-144)-410/2026 04.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Mən, Lənkəran rayon məhkəməsinin hakimi X1, İddiaçı QSC «Bank Standard» Kommersiya Bankı (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, TƏSVİRİ HİSSƏ MÜƏYYƏN ETDİM: İddiaçı QSC «Bank Standard» Kommersiya Bankı (Ləğv prosesində) kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə 3.503,61 manat məbləğində əsas borc, 64,21 manat mənbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 0,05 manat məbləğində cərimə borcu, 163,17 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu olmaqla ümumilikdə 3.731,04 manat borcun və 57,32 manat dövlət rüsumun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh3 arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM022000325 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli, 1xx/xx/74299/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən3.549,05 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2020ci il tarixli, LM022000325 saylı zaminlik müqavilsi rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdələrinə götürmüşdürlər. Lakin Cavabdehlər öz üzərlərinə götürdükləıri kredit öhdəliklərini lazımınca icra etməmişlər və bunun nəticəsində xx.xx.2025-ci il tarixinə Banka 3.503,61 manat məbləğində əsas borc, 64,21 manat mənbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 0,05 manat məbləğində cərimə borcu, 163,17 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu, cəmi 3.731,04 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən: “Borc müqaviləsinə görə, iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür” ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh arasında xx.xx.2020-ci il tarixli, LM022000325 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli, 1xx/xx/74299/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən3.549.05 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan zaminlik müqavilələrinin surətlərindən görünür ki, Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2020ci il tarixli, LM022000325 saylı zaminlik müqavilsi rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdələrinə götürmüşdürlər. Maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, LM022000325 saylı müqavilə üzrə xx.xx.2026-cı il tarixinə banka olan borcu 3.503,61 manat məbləğində əsas borc, 64,21 manat mənbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 0,05 manat məbləğində cərimə borcu, 163,17 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu olmaqla ümumilikdə 3.731,04 manat məbləğində borcu qalmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 57.32 AZN dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı QSC «Bank Standard» KB-nın (Ləğv prosesində) qarşısında Cavabdeh3 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 57.32 AZN dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə 3.503,61 manat məbləğində əsas borc, 64,21 manat mənbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 0,05 manat məbləğində cərimə borcu, 163,17 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca görə hesablanan illik 5 faiz borcu olmaqla ümumilikdə 3.731,04 manat borc və 57,32 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar