Məhkəmə qərarları › İş №e-2(5-144)-661/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-661/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-661/2026 16.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı «Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı «Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.169,39 manat əsas, 59,44 manat faiz, 2,42 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 55,52 manat faiz olmaqla, cəmi 1.286,77 (bir min iki yüz səksən altı manat, 77 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Zaminbank” Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) məhkəməyə ərizə ünvanlayaraq, icraatda olan e-2(5-144)-661/2026 saylı mülki iş üzrə iddia ərizəsinin geri qaytarmasını xahiş edib. Belə ki, e-2(049)-4576/2025 saylı mülki iş üzrə eyni tələb barədə Cavabdeh 1.169,39 manat əsas, 59,44 manat faiz, 2,42 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 55,52 manat faiz olmaqla, cəmi 1.286,77 (bir min iki yüz səksən altı manat, 77 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-in (Ləğv prosesindədir) xeyrinə tutulması qət edilmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2011-ci il tarixli 3 №-li Qərərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən qəraraldım: İddiaçı «Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddia işləri üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş 33 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar