Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-701/2026 06.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 «MEQA SİĞORTA” ASC-nin Cavabdeh Yaşar oğluna qarşı sığorta ödənişinin tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: «MEQA SİĞORTA” ASC-i Cavabdeh Yaşar oğluna qarşı sığorta ödənişinin tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə elektron portalından müəyyən olunur ki, cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında rəsmi qeydiyyatdadırlar. Buna görə də kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə Suraxanı Rayon Məhkəməsinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, «MEQA SİĞORTA” ASC-nin məhkəməyə daxil olmuş ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iş ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsində baxılmalı olmadığından, iddiaya baxılması Suraxanı Rayon Məhkəməsinin ərazisinə aid olduğundan, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, «MEQA SİĞORTA” ASC-nə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. «MEQA SİĞORTA” ASC-ə izah edilir ki, qərardadın təsviri hissəsində göstərilən həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, «MEQA SİĞORTA” ASC hazırki tələblə məhkəməyə müraciət etmək üçün 60.03 manat dövlət rüsumu ödəmişlər. Ərizə qaytarıldığına görə «MEQA SİĞORTA” ASC tərəfindən ödənilmiş 60.03 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci, 152-ci, 263- 264cü, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: «MEQA SİĞORTA” ASC-nin Cavabdeh Yaşar oğluna qarşı sığorta ödənişinin tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. «MEQA SİĞORTA” ASC-i tərəfindən xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 60.03 manat dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(5-144)-701/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-701/2026
06.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver