Məhkəmə qərarları › İş №e-2(5-145)-152/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-152/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-152/2026 12.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı MMC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: . "xxxx" BOKT MMC-ilə ilə Cavabdeh arasında elektron qaydada bağlanmış **********006 nömrəli 27 sentyabr 2024-cü il tarixli Kredit müqaviləsi. İddiaçı MMC ilə "xxxx" BOKT MMC arasında imzalanan 1802/25 nömrəli, 18 fevral 2025-ci il tarixli “Tələb hüququnun satılması haqqında” müqavilə və həmin müqaviləyə əlavə olunan saziş. Müqavilənin predmeti - Kredit müqaviləsi. Tələb olunan məbləğ: 400 manat əsas borc, 20 manat faiz borcu, 210 manat cərimə, 70 manat komissya, ümumilikdə 700 manat, borc və 30 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqaviləsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə, arayış, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında elektron qaydada **********006 nömrəli 27 sentyabr 2024-cü il tarixli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 1 ay müddətinə illik 60,85%, verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0%, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 70 manat olmaqla 400 manat məbləğində kredit verilmişdir. İddiaçı MMC ilə "xxxx" BOKT MMC arasında bağlanmış 1802/25 nömrəli, 18 fevral 2025-ci il tarixli “Tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" BOKT MMC qarşısında olan kredit öhtəliyi üzrə bütün tələb hüquqları İddiaçı MMC- yə ötürülmüşdür. Bu barədə borcluya bildiriş verilmişdir. Lakin borclu borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 400 manat əsas borc, 20 manat faiz borcu, 10 manat cərimə, 70 manat komissya, ümumilikdə 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar