Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-330/2026 25.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu iddiaçı "X1” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - "X1” ASC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - 08 aprel 2024-cü il tarixli ərizə və 01U/23 saylı 01 oktyabr 2023-cü il tarixli ümumi oferta müqaviləsi. Müqavilənin predmeti - ümumi oferta müqaviləsi. Tələb olunan məbləğ – 194,02 manat əsas borc, 34,72 manat faiz borcu, 9,37 manat cərimə, cəmi 238,11 manat borc və 30,40 manat dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 439.4-cü, 462.1-ci, 739.1-ci, 739.2-ci, 741-ci, 462.1-ci, 1091.1-ci, 1091.2-ci və 1092-ci maddələri. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Hesab edirəm ki, iddia qismən əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh 08 aprel 2024-cü il tarixli ərizə ilə müraciət edərək 01U/23 saylı 01 oktyabr 2023-cü il tarixli “Bank xidmətlərinə göstərilməsinə dair Standart Şərtlər” və 02U/23 saylı 01 oktyabr 2023-cü il tarixli “Fiziki şəxslərə kreditin verilməsinə dair Standart Şərtlər” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş və bununla da, həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. İllik 26% olmaqla istehlak məqsədləri üçün 200 manat kredit iddiaçı tərəfindən 08 aprel 2024-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kredit ödənişlərini tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 194,02 manat əsas borc, 34,72 manat faiz borcu, 9,37 manat cərimə, cəmi 238,11 manat borcu yaranmışdır. Maliyyə arayışında cavabdehin 02 fevral 2026-cı il tarixinə 194,02 manat əsas borc, 34,72 manat faiz borcu, 9,37 manat cərimə, cəmi 238,11 manat borcunun olduğu qeyd edilmişdir. Lakin iddiaçı 21 noyabr 2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Bu səbəbdən məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 194,02 manat əsas borc, 23,52 manat faiz borcu, 4,62 manat cərimə, cəmi 222,16 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 194,02 manat əsas borc, 23,52 manat faiz borcu, 4,62 manat cərimə, cəmi 222,16 (iki yüz iyirmi iki manat on altı qəpik) manat məbləğində pul və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq “X1” ASC-nə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(5-145)-330/2026
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-330/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver