Məhkəmə qərarları › İş №e-2(5-150)-111/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-150)-111/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(5-150)-111/2026 24.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 500 manat əsas borc, 67,50 manat faiz borcu, 137,50 manat komissiya, 295 manat cərimə, cəmi 1000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2025-ci il tarixli, **********001 saylı kredit müqaviləsinə əsasən, cavabdehin sorğusu əsasında 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 500 manat məbləğində kredit “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada cavabdehə verilmişdir. Lakin cavabdeh müqavilənin şərtləri əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək kredit borcunu ödəməkdən yayınmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 500 manat əsas borcu, 67,50 manat faiz borcu, 137,50 manat komissiya borcu yaranmışdır. Müqavilənin 1.14 bəndinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı tərəfindən cavabdehə 295 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 500 manat əsas borc, 67,50 manat faiz borcu, 137,50 manat komissiya və 295 manat cərimə, cəmi 1000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 28 aprel 2025-ci il tarixli, **********001 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 03 yanvar 2026-cı il tarixli maliyyə arayışından görünür ki, 28 aprel 2025-ci il tarixli, **********001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 03 yanvar 2026-cı il tarixə 500 manat əsas borcu, 67,50 manat faiz borcu, 137,50 manat komissiya və 295 manat cərimə, cəmi 1000 manat borcu vardır. İşdə olan 03 yanvar 2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəf cavabdehdən 28 aprel 2025-ci il tarixli, **********001 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 500 manat əsas borcun, 67,50 manat faiz borcun, 137,50 manat komissiyanın və 295 manat cərimənin, cəmi 1000 manat borcun 3 gün ərzində yerinə yetirilməsi tələb edilmiş, əks halda məhkəmiyə müraciat olunaraq borcun və məhkəmə xərclərinin alınacaqı bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2025-ci il tarixli kredit müqaviləsinə əsasən 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 1000 manat məbləğində kredit “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada cavabdehə verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq borcu qaytarmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 500 manat əsas borcu, 67,50 manat faiz borcu, 137,50 manat komissiya borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı tərəfindən cavabdehə 295 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 500 manat əsas borc, 67,50 manat faiz borcu, 137,50 manat komissiya və 295 manat cərimə borcu, cəmi 1000 manat pulun alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 500 manat əsas borcun, 67,50 manat faiz borcun, 137,50 manat komissiyanın və 295 manat cərimə, cəmi 1000 manat pulun alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 28 aprel 2025-ci il tarixli müqavilə üzrə tələb olunan 295 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat əsas borc, 67,50 manat faiz borcu, 137,50 manat komissiya və 20 manat cərimə, cəmi 725 manat alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 19 dekabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat əsas borc, 67,50 manat faiz borcu, 137,50 manat komissiya və 20 manat cərimə, cəmi 725 (yeddi yüz iyirmi beş) manat alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar