Məhkəmə qərarları › İş №e-2(5-150)-258/2026

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-150)-258/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(5-150)-258/2026 04.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızı, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsinə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 780,50 manat əsas borcun, 183 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kiçik iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd ərizəyə əlavə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar