Məhkəmə qərarları › İş №e-2(5-151)-184/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-151)-184/2026

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(5-151)-184/2026 10.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim X1, İddiaçı «SF Azerbaijan” BOKT MMC-nin Cavabdeh qarşı «pul tələbinə dair» sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə M ü ə y y ə n e t d im: İddiaçı «SF Azerbaijan” BOKT MMC Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «SF Azerbaijan” BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Ona görə də məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər, həmçinin Azərbaycan Respublikasının MPM-nin 114-cü maddəsinin tələblərinə uyğun olaraq «SF Azerbaijan” BOKT MMC tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş iddia qaldırılması üçün dövlət rüsumunun ödənilməsi barədə **********42 nömrəli mədaxil qəbzindən görünür ki, «SF Azerbaijan” BOKT MMC Asan ödəniş sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Sabirabad rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı «SF Azerbaijan” BOKT MMC-nin Cavabdeh qarşı «pul tələbinə dair» barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. «SF Azerbaijan” BOKT MMC tərəfindən Asan ödəniş sistemi vasitəsi ilə xx.xx.2025-ci tarixdə Sabirabad rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar