Məhkəmə qərarları › İş №e-2(5-151)-247/2026

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-151)-247/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(5-151)-247/2026 04.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin - cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə 04 mart 2026-cı il tarixdə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 590,64 (beş yüz doxsan manat 64 qəpik) manat vaxtı keçmiş əsas borc, 5,63 (beş manat 63 qəpik) manat vaxtı keçmiş faiz borcu, 3,59 (üç manat 59 qəpik) manat cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə 8 (səkkiz) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 607,86 (altı yüz yeddi manat 86 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM092000321 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 1.156,18 (bir min yüz əlli altı manat 18 qəpik) manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə 09 Sentyabr 2020-ci il tarixli LM092000321 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 18 dekabr 2025-ci il tarixinə 590,64 (beş yüz doxsan manat 64 qəpik) manat vaxtı keçmiş əsas borc, 5,63 (beş manat 63 qəpik) manat vaxtı keçmiş faiz borcu, 3,59 (üç manat 59 qəpik) manat cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə 8 (səkkiz) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 607,86 (altı yüz yeddi manat 86 qəpik) manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcud olmuşdur. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bildirmək istəyirlər ki, Cavabdeh2 krediti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və tərəflərindən fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilə hazırlanmışdır və həmin müqavilə cavabdeh tərəfindən imzalanmışdır.. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdehlərin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM092000321 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən cavabdehin 1.156,18 (bir min yüz əlli altı manat 18 qəpik) manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 590.64 AZN əsas borc, 5,63 manat faiz borcu, 3,59 manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə 8 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 607,86 manat kredit borcu yaranmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmiş, iddiaçı tərəfindən cavabdehə ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM092000321 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən cavabdehin 1.156,18 (bir min yüz əlli altı manat 18 qəpik) manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun kreditora 590.64 AZN əsas, 5,63 manat faiz, 3,59 manat cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə 8 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 607,86 manat kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməmişdir və kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış, LM092000321 saylı Kredit (Restrukturizasiya) Müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəf bağladığı kredit müqaviləsinin şərtlərinə uyğun şəkildə İddiaçı ASC qarşısında götürdüyü öhdəliklərinə əməl etməli olduğu halda, öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da xx.xx.2020-ci il tarixdə bağlanmış, LM092000321 saylı Kredit (Restrukturizasiya) Müqaviləsindən xx.xx.2025-ci il tarixə yaranmış cəmi 607.86 AZN məbləğində pul vəsaiti Cavabdeh2 tutulub (alınıb) İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, LM092000321 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinin təminatı olan həmin tarixli LM092000321 saylı Zaminlik Müqavilələrini nəzərdən keçirərkən aydın olur ki, həmin Zaminlik Müqavilələrinin zamin qismində tərəfi Cavabdeh1 və Cavabdeh3 olmuş və onlar da, öz növbəsində həmin Zaminlik Müqavilələrini imzalamaqla qeyd edilən Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri, yəni Cavabdeh2 tərəfindən öz öhdəliklərinin yerinə yetirilmədiyi halda zamin qismində Müqavilə tərəfi kimi məsuliyyət daşıyacağlarına dair öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hisə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda istinad olunan xx.xx.2020-ci il tarixdə bağlanmış, LM092000321 saylı Zaminlik Müqavilələrinin zamin qismində tərəf olan Cavabdeh3 və Cavabdeh1 subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə onlar, Cavabdeh2 ilə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Bu baxımdan xx.xx.2020-ci il tarixdə bağlanmış, LM092000321 saylı Kredit (Restrukturizasiya) Müqaviləsindən yaranmış tələb olunan ödənilməmiş cəmi 607.86 AZN borc cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 30 AZN ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, LM092000321 saylı Kredit (Restrukturizasiya) Müqaviləsindən yaranmış 590.64 AZN əsas borc, 5.63 AZN faiz borcu, 3.59 AZN cərimə borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan 8 AZN faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 AZN olmaqla, ümumilikdə 637.86 (altı yüz otuz yeddi manat səksən altı qəpik) AZN məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar