Məhkəmə qərarları › İş №e-2(5-151)-251/2026

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-151)-251/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(5-151)-251/2026 04.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə 04 mart 2026-cı il tarixdə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1.427,48 manat əsas borc və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 27,80 manat faiz borcu olmaqla, cəmi 1.455,28 (bir min dörd yüz əlli beş manat, iyirmi səkkiz qəpik) AZN kredit borcunun, iş üzrə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqının müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh1 (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM082000029 saylı restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 2.045,24 (iki min qırx beş manat, 24 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2020-ci il tarixli, LM082000029 saylı Zaminlik müqavilələri bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM082000029 №-li restrukturizasiya müqaviləsinin əsli, xx.xx.2020-ci il tarixli, LM082000029 №-li Zaminlik müqaviləsinin əsli, ödəniş cədvəli, 12/5/2-H-41-22603/2025 nömrəli xx.xx.2025ci il tarixli maliyyə arayışı və hesabdan çıxarışdır. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM082000029 saylı restrukturizasiya müqaviləsi xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə 1.427,48 manat əsas və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 27,80 manat faiz borcu olmaqla, cəmi 1.455,28 (bir min dörd yüz əlli beş manat, 28 qəpik) manat kredit borcu təşkil edir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdehlərin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM082000029 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 2.045,24 (iki min qırx beş manat, iyirmi dörd qəpik) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 1427.48 AZN əsas borc və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 27,80 manat faiz borcu olmaqla, cəmi 1.455,28 (bir min dörd yüz əlli beş manat, iyirmi səkkiz qəpik) AZN kredit borcu yaranmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 35.40 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmiş, iddiaçı tərəfindən cavabdehə ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM082000029 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 2.045,24 (iki min qırx beş manat, iyirmi dörd qəpik) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun kreditora 1427.48 AZN əsas borc və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 27,80 manat faiz borcu olmaqla, cəmi 1.455,28 (bir min dörd yüz əlli beş manat, iyirmi səkkiz qəpik) AZN kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməmişdir və kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, LM082000029 saylı Kredit (Restrukturizasiya) Müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəf bağladığı kredit müqaviləsinin şərtlərinə uyğun şəkildə İddiaçı ASC qarşısında götürdüyü öhdəliklərinə əməl etməli olduğu halda, öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da xx.xx.2020-ci il tarixdə bağlanmış, LM082000029 saylı Kredit (Restrukturizasiya) Müqaviləsindən xx.xx.2025-ci il tarixə yaranmış cəmi 1455.28 AZN məbləğində pul vəsaiti Cavabdeh1 tutulub (alınıb) İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, LM082000029 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinin təminatı olan həmin tarixli LM082000029 saylı Zaminlik Müqavilələrini nəzərdən keçirərkən aydın olur ki, həmin Zaminlik Müqavilələrinin zamin qismində tərəfi Cavabdeh2 və Cavabdeh3 olmuş və onlar da, öz növbəsində həmin Zaminlik Müqavilələrini imzalamaqla qeyd edilən Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri, yəni Cavabdeh1 tərəfindən öz öhdəliklərinin yerinə yetirilmədiyi halda zamin qismində Müqavilə tərəfi kimi məsuliyyət daşıyacağlarına dair öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hisə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda istinad olunan xx.xx.2020-ci il tarixdə bağlanmış, LM082000029 saylı Zaminlik Müqavilələrinin zamin qismində tərəf olan Cavabdeh3 və Cavabdeh2 subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə onlar, Cavabdeh1 ilə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Bu baxımdan xx.xx.2020-ci il tarixdə bağlanmış, LM082000029 saylı Kredit (Restrukturizasiya) Müqaviləsindən yaranmış tələb olunan ödənilməmiş 1427.48 AZN əsas borc və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 27,80 manat faiz borcu olmaqla, cəmi 1.455,28 (bir min dörd yüz əlli beş manat, iyirmi səkkiz qəpik) AZN kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 35 AZN ödənilmiş dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqının əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 35 AZN və bank xidmət haqqının əvəzi 0.40 qəpik cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, LM082000029 saylı Kredit (Restrukturizasiya) Müqaviləsindən yaranmış 1427.48 AZN əsas borc, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 27,80 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 35.40 AZN olmaqla, ümumilikdə 1490.68 (bir min dörd yüz doxsan manat altmış səkkiz qəpik) AZN məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar