Məhkəmə qərarları › İş №e-2(5-151)-415/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-151)-415/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(5-151)-415/2026 18.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, İddiaçı, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 864,30 əsas borcun, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 42,12 AZN faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırkı işə ərazi aidiyyətinə görə Sabirabad Rayon Məhkəməsində deyil, digər Cavabdeh2 yaşadığı (qeydiyyatda olduğu) yer üzrə İmişli Rayon Məhkəməsində baxılmalı olduğundan ərizə geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatla müəyyən edilmişdir ki, cavabdehlərdən X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Digər Cavabdeh2 yaşayış yeri isə İmişli rayonu Şahverdili kəndidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-152-ci, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə iddia ərizə verilməsi üçün Azərbaycan Respublikası Mərkəzi X3 vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinin hesabına (qəbz nömrəsi **********) ödənilmiş dövlət rüsumu məbləği – 30 (otuz) manat vəsait İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar