Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № e-2(5-153)-144/2026 24.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Ərizəçi İddiaçı borclu Cavabdeh qarşı “alimentin indeksasiya” olunması barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı borclu Cavabdeh qarşı “alimentin indeksasiya” olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 2(058)-351/2019 nömrəli qətnaməsi əsasən 09 yanvar 2016-cı il anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu X2 onun xeyrinə hər ay tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə alimentin məbləğinin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət edərkən icraatın növünü düz seçməmiş, yəni sözügedən ərizəyə “8” indeksli iş üzrə icraat qaydasında baxılmalı olduğu halda, ərizəçi İddiaçı ərizəni iddia ərizəsi formasında tərtib edərək, icraatın növünü “iddia icraatı” seçmiş və dolayısıyla elektron sistemdə iş mülki iş kimi qeydiyyata düşmüşdür. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ərizəsi yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalı və ona məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyasının aparılması ilə əlaqədar məhkəmə qərarlarının icrası qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi Ailə Məcəlləsinin 112ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləşdirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir. Buna görə də məhkəmə hesab edir ki, ərizəçi İddiaçı borclu Cavabdeh qarşı “alimentin indeksasiya” olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə ərizənin icraata qəbul olunmasından imtina edilməli, ərizəçi İddiaçı məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyasının aparılması ilə əlaqədar məhkəmə qərarlarının icrası qaydasında ərizə ilə məhkəməyə, aparılmış indeksasiyasiya əsasında ölkə üzrə minimum əmək haqqına mütənasib sabit pul məbləğində alimentin müəyyənləşdirilməsi üçün icra məmuruna, yaxud cavabdehin işlədiyi yerin rəhbərliyinə, habelə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda isə iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4 və 153.5-ci maddələrinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı borclu Cavabdeh qarşı “alimentin indeksasiya” olunması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(5-153)-144/2026
Samux Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-153)-144/2026
24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver