Məhkəmə qərarları › İş №e-2(5-155)-1408/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-155)-1408/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(5-155)-1408/2026 17.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlu, İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 1650,6 manat əsas, 19,53 manat faiz, 0 manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1670,13 manat borcun və 37,11 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin hallarından göründüyü kimi iddia məhkəməyə müraciət edilənədək ölmüş şəxsə qarşı qaldırılmışdır. Bununla iddiaçı tərəfindən qanunveriliyin göstərişləri pozulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, işə hazırkı halda məhkəmədə baxıla bilməz. İddiaçıya izah olunmalıdır ki, miras qoyanın hüquqi varislərinə qarşı tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Mülki iş materiallarından görünür ki, ərizəyə 36,71 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 153.2.1-ci maddəsinin tələbi pozulduğundan, iddiaçı tərəfindən verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Həmçinin həmin iddiaya görə ##.##.2026-cı il tarixdə ödənilmiş 36,71 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı “xxxx” ASC-nin ##.##.2026-cı il tarixdə “X1” vasitəsi ilə ********** nömrəli qəbzlə ödəmiş olduğu 36,71 manat dövlət rüsumu Dövlət Büdcəsindən ona geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar